Məhkəmə qərarları › İş №3(011)-2545/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2545/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2545/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğıunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 03 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 03 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmiş və işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılması barədə qərar qəbul edilmişdir. Dövlət yol polis idarəsinin vəzifəli şəxsi heç bir araşdırma aparılmadan, dəfələrlə müraciət etməsinə baxmayaraq onun iştirakı təmin edilmədən yenidən xx.xx.2023 cü il tarixində İXP5381609 saylı protokol tərtib etmiş ve yazılı müraciətinə baxılmadan qərar verilmişdir. 26 aprel 2023-cü il tarixində Yusif Səfərov küçəsində ona məxsus “Toyota Prado” avtomobili ilə hərəkət edərkən saat 13:30 radələriııdə **-YP-*** dövlət nömrə nişanlı YPX avtomobili onu saxlamış, avtomobilində led işıqlar olduğuna görə heç bir protokol və akt tərtib etmədən, maşın cərimə duracağına aparmışdır. O, buna etiraz etmiş, maşınında olan led işıqlar tamamilə qanuni olduğunu və əgər qanunu pozmuşsa belə, protokol yazılıb ona verilməsini və inzibati xətanı yerində aradan qaldıra biləcəyini, buna görədə maşının cərimə duracağına aparılmasının qanunsuz olduğunu tələb etsədə, inspektor razılaşmamış və protokolu Bakı şəhər BPİ-də 23-cü otağa yaxınlaşaraq əldə etməyi bildirmiş və avtomobili cərimə duracağına aparmışdır. O, 27 aprel 2023-cü ildə Bakı şəhər BPİ də 23-cü otağa yaxınlaşmış orda ona inspektor səni bura kim göndərib, sən niyə gəlmisən bura get maşının led işıqlarını çıxart bizə zəng edib deyəcəklər sonra maşını cərimə meydançasından götür get. O, 23-cü otaqdan çıxandan sonra yəni, 27 aprel 2023-cü ildə ona sms vasitəsilə elektron formada İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə İXP ******* saylı protokol tərtib olunmuş və bu protokol ona verilməmişdir. 26 aprel tarixində Daxili İşlər Nazirliyinin elektron kabinetində qərarsız olaraq yerləşdirilmişdir. Belə ki. "X3" AR Qanununun 30-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi maddəsidir. Bu maddəyə görə qanuna İ saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 1 saylı Əlavədə isə Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahisi sadalanır. BPİ-nin nümayəndələri əlavənin İİİ bölməsini (Xarici işıq cihazları) əsas tuturlar və iddia edirlər ki. led işıq qadağandır. Hərçənd əlavənin 111 bölməsinin 1-ci və 2-ci bəndində deyilir. Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadqda. Qeyd: istehsaldan çıxarılmış nəqliyyat vasit ələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. Göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. Çünki, burada LED adi hallogen lampa kimi H1, H7, H4 və s kimi quraşdırılır, Farada H, lampada U işarəsi hallogen lampaya işarə edir və LED lampa hallogeıi əvəz edə bilir. LED lampaların ayrıca işarələnməsi olmadığına görə hallogen yerinə istifadə edilə bilər. Hallogen lampada led lampanı əvəz edə bildiyi üçün. LED lampanın rəngini, tipini, miqdarını, yerləşməsini, iş rejimini pozmamaqla istifadə etmişəm və faraların nizamlanman dövlət standartlarının tələblərinə uyğun nizamlanıb. Buna görədə LED lampa qanunla qadağan olunmur çünki, mənim avtomobilimdə adi hallogen lampanı çıxardaraq LED lampa, əlavə qustar üsulla heç bir dəyişiklik etmədən zavod şteykerlərinə taxılır. Yəni avtomobilin elektrik sistemində heç bir dəyişiklik olunmur. Belə ki, İXM-nin 342.2.2 maddəsi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə təyin edir. Əgər mən avtomobilimdə ksenon lampalardan istifadə etsəydi, bu cərimə düzgün yazılmış hesab olunardı, çünki ledin hallogendən fərqli olaraq DİS. D2S. D3S kimi işarə olunur və həmin lampalar avtomobilin zavod şteykerinə birbaşa taxılmır. Həmin lampaları istifadə etmək üçün əlavə gücləndirici blok olmalıdır. Əgər zavod avtomobildə kseııon quraşdırılması m nəzərdə tutmayıbsa. onda kseııon bloku zavod tərəfindən avtomobilin üzərində gəlmir. Əlavə olaraq avtomobilin tok sistemi həmin kseııon blokunu işlədə biləcək şəkildə nəzərdə tutmur. Yəni sonradan ksenon qoymaq üçün avtomobildə qustar üsullardan zavod şunurları kəsərək və ya calaq edərək ksenon blok quraşdırılır. Bundan əlavə həmin quraşdırılmış ksonon blokun lampası, hallogenə aid olan hallogen yuvası yerləşəcək şəkildə düzəldilir. Amma halbu ki, ksenon lampa işarələnməsi DİS, l)2S. 1)3S olaraq işarələnməlidir. Biz həmən ksenon lampanı adi hallogen faraya heç cürə quraşdıra bilməz. LED lampaların əlavə ınarkirovka kodu olmadığına görə və Halogen lampa kodları ilə işarələndiyinə görə Hallogen lampanı əvəz edə bilər. Hallogen lampa işlək vəziyyətdə toxunmaq mümkün deyil. Adamın əlini yandırar, istilik cox ayrılır, lakin LED lampada istilik çox az olur və həmən lampaya əllə toxunmaq mümkündür. Bundan əlavə LED lampalar anod və katot prinsipi ilə P-N keçidinin birləşmə nöqtəsində əmələ gəlir və daha az. güc tələb edir. Buna görə də LED lampa xarab olduqda qısa qapanma və yanma baş verə bilməz. Yəni qısaca desək YPX saxlayıb LED lampanı əlavə avadanlıq kimi göstərib cərimə yaza bilməz. Qeyd edilənlərə əsasən Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 03 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 03 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “X3” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda qadağan edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 03 iyul 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 03 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar