Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2552/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-833/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(003)-6730/2021 saylı icra sənədi üzrə yaranmış alimenti tələbkar X6 ödəməmiş, bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xəlilov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-833/2021 saylı qətnaməsinə əsasən, ondan 19 oktyabr 2017-ci il təvəllüdlü X4 və 03 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməsi, xx.xx.2021-ci il tarixli, 2(003)-6730/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 12 A, 38 saylı mənzildə yerləşən iddiaçıya məxsus qonaq, yataq və mətbəx mebelləri, Şarp markalı soyuducu, Ariston markalı paltaryuyan, LG markalı televizor, televizor altlığı, 1 gözü elektrikli qaz peçi, Simfer markalı soba, 4 ədəd müxtəlif çilçıraqlar, elektrik ətçəkən və şirəçəkən maşınları, kofe maşını, blender, qoz-fındıq çəkən, soğan çəkən, salat üçün tərəvəz doğrayan, 2 ədəd yataq otağı üçün xalça, 1 ədəd qonaq otağı üçün xalça, 2 ədəd dəhliz və mətbəx üçün xalça, 1 ədəd kondisioner, 1 ədəd pultlu ventilyator, ütü, mikrodalğalı soba, 2 dəst qonaq və yataq otaqları üçün pərdələr, 4 dəst yataq örtüyü, 8 ədəd ədyal, 15 ədəd döşək və yorğan üzləri, 10 dəst süfrə, 10 ədəd hamam dəsmalı, 20 ədəd əl-üz dəsmalı, 20 ədəd çay dəsmalı, 2 ədəd döşək, 4 ədəd yorğan, 6 ədəd yastıq, 24 ədəd çay süfrəsi üçün rozetka, 8 ədəd qənd qabı, 24 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 8 ədəd mürəbbə qabı, 6 ədəd şirniyyat qabı, 2 dəst yemək süfrəsi üçün serviz, 48+24+12 sayda gündəlik və qonaqlar üçün müxtəlif ölçülərdə qarışıq boşqablar, 4 dəst qrafinka dəsti, 6 ədəd müxtəlif ölçüdə bulud, 48 ədəd çəngəl, bıçaq, çay və yemək qaşığı dəsti, 6 ədəd aş üçün böyük qaşıq, 12+6 ədəd kasa, 2 dəst ədviyyat üçün mətbəx dəsti, 1 ədəd çörək qabı, 3 ədəd su vedrəsi, 2 ədəd zibil qabı, 2 ədəd vanna, 2 ədəd ləyən, 2 ədəd aşsüzən, 2 ədəd tort üçün dəst, 4 ədəd salfetka qabı, 8 dəst qazan, 20 ədəd palstik saxlama qabı, 2 dəst ədviyyat qabı, 1 ədəd palaz çırpan, 2 ədəd paltar və ayaqqabı şotkası, 4 ədəd çəngəl, bıçaq və qaşıq saxlama qabı, 2 ədəd uzunladıcı, 2 ədəd sürtgəc, 1 dəst oxlov və dördayaq, 3 ədəd süzgəc, 1 ədəd ütü masası, 1 ədəd tikiş ləvazimatı dəsti, 1 ədəd banka bağlayan, 6 ədəd müxtəlif çaynik, 1 ədəd sarı rəngdə əl işi samovar dəsti, 1 ədəd elektrik çaydanı, 4 ədəd podnos, qonaq otağı üçün xrustal qablar, 3 ədəd böyük meyvə qabı, 2 ədəd güldan, 2 böyük, 2 balaca cəmi 4 ədəd konfet qabı, 2 ədəd xrustal külqabı, 2 ədəd Bogema markalı xrustal qrafin və onların 12 ədəd stəkanı ondan alınaraq X6 təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 12 A, 38 saylı mənzilin yenidən qurulması və əsaslı təmiri zamanı iddiaçı tərəfindən xərclənmiş oboyun dəyişdirilməsi üçün 200 (iki yüz) manat, çən qoyulması üçün 100 (yüz) manat və ariston üçün 150 (bir yüz əlli) manat pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Hazırda həmin borcundan 2000 (iki min) manat ödəmişdir. Borcun qalan hissəsini də tez bir zamanda ödəyəcək. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-833/2021 saylı icra sənədindən görünür ki, Şəxs 19 oktyabr 2017-ci il təvəllüdlü X4 və 03 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir; Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-6730/2021 saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 12 A, 38 saylı mənzildə yerləşən iddiaçıya məxsus qonaq, yataq və mətbəx mebelləri, Şarp markalı soyuducu, Ariston markalı paltaryuyan, LG markalı televizor, televizor altlığı, 1 gözü elektrikli qaz peçi, Simfer markalı soba, 4 ədəd müxtəlif çilçıraqlar, elektrik ətçəkən və şirəçəkən maşınları, kofe maşını, blender, qoz-fındıq çəkən, soğan çəkən, salat üçün tərəvəz doğrayan, 2 ədəd yataq otağı üçün xalça, 1 ədəd qonaq otağı üçün xalça, 2 ədəd dəhliz və mətbəx üçün xalça, 1 ədəd kondisioner, 1 ədəd pultlu ventilyator, ütü, mikrodalğalı soba, 2 dəst qonaq və yataq otaqları üçün pərdələr, 4 dəst yataq örtüyü, 8 ədəd ədyal, 15 ədəd döşək və yorğan üzləri, 10 dəst süfrə, 10 ədəd hamam dəsmalı, 20 ədəd əl-üz dəsmalı, 20 ədəd çay dəsmalı, 2 ədəd döşək, 4 ədəd yorğan, 6 ədəd yastıq, 24 ədəd çay süfrəsi üçün rozetka, 8 ədəd qənd qabı, 24 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 8 ədəd mürəbbə qabı, 6 ədəd şirniyyat qabı, 2 dəst yemək süfrəsi üçün serviz, 48+24+12 sayda gündəlik və qonaqlar üçün müxtəlif ölçülərdə qarışıq boşqablar, 4 dəst qrafinka dəsti, 6 ədəd müxtəlif ölçüdə bulud, 48 ədəd çəngəl, bıçaq, çay və yemək qaşığı dəsti, 6 ədəd aş üçün böyük qaşıq, 12+6 ədəd kasa, 2 dəst ədviyyat üçün mətbəx dəsti, 1 ədəd çörək qabı, 3 ədəd su vedrəsi, 2 ədəd zibil qabı, 2 ədəd vanna, 2 ədəd ləyən, 2 ədəd aşsüzən, 2 ədəd tort üçün dəst, 4 ədəd salfetka qabı, 8 dəst qazan, 20 ədəd palstik saxlama qabı, 2 dəst ədviyyat qabı, 1 ədəd palaz çırpan, 2 ədəd paltar və ayaqqabı şotkası, 4 ədəd çəngəl, bıçaq və qaşıq saxlama qabı, 2 ədəd uzunladıcı, 2 ədəd sürtgəc, 1 dəst oxlov və dördayaq, 3 ədəd süzgəc, 1 ədəd ütü masası, 1 ədəd tikiş ləvazimatı dəsti, 1 ədəd banka bağlayan, 6 ədəd müxtəlif çaynik, 1 ədəd sarı rəngdə əl işi samovar dəsti, 1 ədəd elektrik çaydanı, 4 ədəd podnos, qonaq otağı üçün xrustal qablar, 3 ədəd böyük meyvə qabı, 2 ədəd güldan, 2 böyük, 2 balaca cəmi 4 ədəd konfet qabı, 2 ədəd xrustal külqabı, 2 ədəd Bogema markalı xrustal qrafin və onların 12 ədəd stəkanı Şəxs alınaraq iddiaçı Təranə Əzizağa qızına təhvil verilməli, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 12 A, 38 saylı mənzilin yenidən qurulması və əsaslı təmiri zamanı iddiaçı tərəfindən xərclənmiş oboyun dəyişdirilməsi üçün 200 (iki yüz) manat, çən qoyulması üçün 100 (yüz) manat və ariston üçün 150 (bir yüz əlli) manat pul vəsaiti Şəxs alınaraq iddiaçı X6 verilməlidir; icraata başlama haqqında qərarın surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-833/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(003)-6730/2021 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-833/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(003)-6730/2021 saylı icra sənədi üzrə yaranmış aliment borcu Şəxs tərəfindən ödənilməmişdir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Şəxs tərəfindən icra sənədi üzrə 2720 (iki min yeddi yüz iyirmi) manat borcdan 2000 (iki min) manatı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-833/2021 saylı və xx.xx.2021-ci il tarixli, 2(003)-6730/2021 saylı hər iki icra sənədi üzrə Şəxs hazırkı borcu 2720 (iki min yeddi yüz iyirmi) manat təşkil etmiş, Şəxs tərəfindən həmin borcdan 2000 (iki min) manatı ödəniş edilmişdir. İcra müddətində borclu icra məmurunun qanuni tələblərinə tabe olaraq vaxtlıvaxtında çağırışlara gəlmiş və borcu tam ödənilməməsi səbəbi olaraq maddi imkanının olmamasını göstərmişdir. İşin faktiki hallarından da görünür ki, borclunun mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı yoxdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2552/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2552/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver