Məhkəmə qərarları › İş №3(011)-2554/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2554/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2554/2024 08.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X6 və X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş MN ******* saylı, 11 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 43C, mənzil 75-də yerləşən Şəxs tərəfindən dövlət xidmətinin xx.xx.2024-cü il tarixli göstərişi ilə verilən qanuni yazılı tələbini yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs vətəndaş Sərbiyə Məmmədovanın müraciətə təhlil edilərək qanun pozuntusuna səbəb olan halların aradan qaldırılaraq 15 (on beş) iş günü müddətində dövlət xidmətinə rəsmi məlumat verilməsi göstərilsə də, göstəriş yerinə yetirilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 izahatında göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu izahat vermiş və hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, ilk dəfə sözügedən mağazadan 2022-ci il tarixdə “İphone 13 Pro Max 256” modelli mobil telefon almış, lakin telefondan istehsal qüsurları olmuş, bu səbəbdən həmin telefonu qaytarmaq qərarına gəlmişdir. Mağazaya müraciət etdikdə eyni modelli telefonun olmadığı ona bildirilmiş, bu səbəbdən telefonu 480 manat əlavə ödəniş etməklə “İphone 14 Pro Max 256” markalı mobil telefonla dəyişdirmişdir. Daha sonra həmin telefonda da qüsur aşkar olunmuş və yenidən eyni modellə telefonla dəyişdirilmişdir. Lakin sonuncu telefonda da qüsur aşkar olunmuş, mağazaya müraciət etdikdə mağaza yenidən telefonu başqa telefonla dəyişdirməyi təklif etmiş, ancaq əvvəlki telefonlarda da qüsur aşkar olunduğundan o, telefonu dəyişdirməklə razılaşmamış, ödədiyi pulun geri qaytarılmasını istəmiş, lakin bu zaman mağaza ona ödədiyi pula deyil, telefonun hazırkı bazar qiymətinə uyğun ödəniş edə biləcəklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X5 tərəfindən tərtib edilmiş 11 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 43C, mənzil 75-də yerləşən Şəxs dövlət xidmətinin xx.xx.2024-cü il tarixli göstərişi ilə verilən qanuni yazılı tələbini yerinə yetirilməmişdir. 15 may 2024-cü il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 43C, mənzil 75-də yerləşən Şəxs göstəriş göndərərək, tələb etmişlər ki, vətəndaş Sərbiyə Məmmədovanın müraciətə təhlil edilərək qanun pozuntusuna səbəb olan halların aradan qaldırılaraq 15 (on beş) iş günü müddətində dövlət xidmətinə rəsmi məlumat təqdim etsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına dair 04 iyun 2024-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsə xx.xx.2024-cü il tarixdə saat 11:00-da protokolun tərtibində səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi barədə məlumat verilmişdir. xəbərnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 43C, mənzil 75 ünvanına göndərilmiş göstəriş xx.xx.2024-cü il tarixdə “Kərimova” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Şəxsnə ünvanlanmış vətəndaş müraciətinə dair 1 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Sərbiyə Məmmədova yoldaşı X2 xx.xx.2022-ci il tarixində “World Telecom” mağazalar şəbəkəsinin Qara Qarayev filialından aldığı, dəyəri 4146 (dörd min yüz qırx altı) manat, İMEİ kodu **********21333 olan “İphone 13 Pro Max 256” markalı mobil telefonda qüsur olması səbəbindən mağaza tərəfindən xx.xx.2023-cü il tarixində həmin malın 480 (dörd yüz səksən) manat əlavə ödəniş etməklə İMEİ kodu **********95003 olan “İphone 14 Pro Max 256” markalı mobil telefonla dəyişdirildiyini, lakin həmin mobil telefonda da rəsmi servis xidmətinin xx.xx.2023-cü il tarixli müayinə aktına əsasən istehsalçıya aid qüsurun olduğu aşkar edildiyindən mal sözügedən tarixdə İMEİ kodu **********64629 olan eyni markalı və modelli, 12 (on iki) aylıq qızıl zəmanət verilmiş mobil telefonla dəyişdirildiyini bildirmişdir. Sonradan vətəndaş sözügedən malın istifadə edilmiş olduğunu müəyyən etdiyini, lakin bu barədə mağaza tərəfindən əvvəlcədən məlumat verilmədiyini və **********64629 İMEi kodlu, “İphone 14 Pro Max 256” markalı mobil telefonda da rəsmi servis xidmətinin xx.xx.2024-cü il tarixli müayinə aktına əsasən istehsal qüsurunun olduğunu, mağaza tərəfindən malın qaytarılmadığını qeyd edərək, istehlakçı hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində dörd min manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar