Məhkəmə qərarları › İş №3(011)-2556/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2556/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2556/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X10 İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 02 may 2024-cü il tarixdə mülkiyyətində olan “Jetour 90X PLUS minik” markalı, **-RJ-*** qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində (Ukrayna dairəsi yaxınlığında) müəyyən edilmiş duracaqda (parklanma yerində) yerləşdirib şəxsi işlərini həll etmək üçün oradan uzaqlaşmışdır. Daha sonra, işlərini bitirdikdə avtomobilinə yaxınlaşıb, sözügedən duracaqdan arxaya hərəkət etməyə başladıqda, arxada “Prius” markalı avtomobilin olduğunu görmüş və “Prius” markalı avtomobilin sürücüsünün ona yol verməsini gözləmişdir. Bu zaman, küçənin sözügedən hissəsi çox təhlükəli olduğundan o, qəza işıq siqnallarını yandırmış, ona görə ki, duracaq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağın sağında yerləşir, həmçinin, bir qədər arxada (təxminən 15 metr) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaq vardır. Daha sonra, “Prius” markalı avtomobilin sürücüsü ona yol verdikdən sonra arxaya avtomobilini arxaya hərəkət etdirmiş, yola düzəldikdən sonra, avtomobilini irəli hərəkət etdirməyə başlamışdır. Yola düzəldiyi yerdən təxminən 10-15 metr irəlilədikdən sonra, svetoforla nizamlanan yolayrıcına çatdığından və svetofora yaxınlaşdıqda yaşıl işığın sönüb qırmızı işığın yandığını gördükdə, avtomobilini qırmızı işıqda dayandırmışdır. Daha sonra, svetoforun yaşıl işığı yandıqda o, astadan avtomobilini hərəkətə başlatmışdır. Bu zaman, o, olduğu hərəkət zolağından sol zolaqda olan “BMW” markalı, **-SU-*** qeydiyyat nişanlı minik avtomobili anidən onun qarşısından sağa dönməyə cəhd etmiş və avtomobilləri toqquşmuş, nəticədə isə, ona maddi ziyan dəymişdir (avtomobili 2024-cü ildə əldə etmişdir, nəyin ki, zədəsi, ümumiyyətlə cızığı belə yox idi, qaraj şəraitində saxlanılan avtomobildir). Xüsusilə vurğulamaq istəyir ki, onun olduğu yolun sağ zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur və həmin zolağa yalnız sözügedən yolayrıcından təxminən 33-40 metr arxadan daxil oluna bilməsi yerdəki nişanlama xətti ilə nəzərdə tutulmuşdur və həmin zolağa yalnız sözügedən yolayrıcından sağa dönmək, həmçinin, yuxarıda qeyd etdiyi avtomobil duracağına (parklanma yerinə) yaxınlaşmaq üçün daxil oluna bilər. Lakin, “BMW” markalı, **-SU-*** qeydiyyat nişanlı minik avtomobili yuxarıda qeyd etdiyi nişanlanma xəttinin tələbini, həmçinin, manevr qaydalarını kobud surətdə pozaraq, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara baxmayaraq, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsində araşdırma zamanı barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) 02 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və 03 may 2024-cü il tarixli, eyni nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Qeyd etməlidir ki, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsində araşdırma zamanı barəsində protokolun tərtib edilməsinə etirazını və bunun heç bir hüquqi əsası olmadığını bildirsə də, sözügedən idarənin 2 (iki) əməkdaşı ona məhəl qoymamış və qərarı şifahi qaydada belə əsaslandırmışlar ki, guya, o, svetoforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlayarkən manevr qaydalarına riayət etməli idi. Əməkdaşlar öz qanunsuz qərarlarına “don” geyindirmək üçün, hadisənin baş verməsi ilə bağlı yalnız svetoforun yaşıl işığının yanması anından hadisənin baş verməsi anına kimi görüntüləri TŞK-dan çıxarmışlar. O, təkid etmişdir ki, yaşıl işıqdan qabaq onun parklanma yerindən yola çıxmağını, daha sonra, irəliləyib svetoforun qırmızı işığında avtomobili saxlamağını əks etdirən görüntüləri də TŞK-dan çıxarış etmək lazımdır, əməkdaşlar həmin görüntüləri həm TŞK-dan çıxarmaq niyyətində olmadıqlarını bildirməklə, bir daha qərəzli olmaqlarını ortaya qoymuşlar. Hətta, onlara bildirmişdir ki, məgər o, yaşıl işıqda hərəkətə başlayanda, kəsişmədən - digər yoldan qırmızı işıqda avtomobil hərəkətə başlasa və hadisə baş versə o, manevr qaydalarını pozmuş olur?! Bu suala isə, təbii olaraq, onlar cavab verə bilməmişlər. Bir daha vurğulamaq istəyir ki, o, öz hərəkət zolağında, svetoforun yaşıl işığında düzünə hərəkətə başlamışdır və digər avtomobil yolun sol zolağından sağ zolağına, onun qarşısından sağa dönmək istədikdə (yol nişanları və yerdəki xəttlərlə onun bu manevri etməsi qadağan olunmuşdur) hadisə baş vermişdir. Hazırda isə, sözügedən inzibati tənbeh vermə barədə qərardan tərəfindən şikayət vermək zərurəti yaranmışdır. Hesab edir ki, mübahisəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Lakin, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi inzibati tənbeh vermə barədə qərar verərkən, AR İXM-nin 327.1-ci maddəsinə istinad etsə də, manevr etmə qaydalarının pozuntusunun nədən ibarət olmasını göstərilməmişdir. Sözügedən qaydalar “Yol hərəkəti haqqında” AR Qanunu ilə tənzimlənir. Həmin Qanunun bəzi maddələri nəzərdən keçirilsə, görünər ki, baş vermiş hadisə zamanı tərəfindən hər hansı normanın tələbi pozulmamış, əksinə, digər avtomobilin sürücüsü tərəfindən kifayət qədər normaların tələbləri kobud surətdə pozulmuşdur. Göründüyü kimi, o, svetoforun yaşıl işığında (icazə siqnalında), öz zolağında avtomobilini hərəkətə başlatdığı anda, anidən ondan sol zolaqda olan avtomobil onun qarşısına keçərək, qarşısından sağa dönmək istədikdə hadisə baş vermişdir və bu hadisənin baş verməsində təqsirkar şəxs birmənalı olaraq digər avtomobilin sürücüsüdür. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə barədə qəbul edilmiş qərardan şikayət verilmişdir. Barəsində qəbul edilmiş qərarın qərəzli olmasına dəlalət edən əlavə bir məsələ ondan ibarətdir ki, hadisə günü, yəni 02 may 2024-cü il tarixdə hadisə yerinə gəlmiş Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları onu və digər sürücünü 03 may 2024-cü il tarixdə inzibati araşdırılması üçün məlum İdarəyə dəvət etmişlər. Daha sonra, 03 may 2024-cü il tarixdə o, (digər sürücü ondan qabaq yaxınlaşmışdır) izahat vermək üçün İdarəyə yaxınlaşmış və orada izahat verdikdən daha sonra, hadisənin görüntülərini izlədikdən dərhal sonra əməkdaşlar barəsində protokol tərtib edildiyini, həmçinin inzibati qaydada tənbeh tədbiri tətbiq edildiyini bildirmişlər. Halbuki, əməkdaşlar onu İdarəyə formal olaraq çağırmışlar və artıq o, getməmiş, həmçinin onun iştirakı olmadan, inzibati araşdırılma aparılmadan 02 may 2024-cü il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə müvafiq qərar qəbul edilmişdir. Lakin göründüyü kimi, əməkdaşlar baş vermiş hadisə üzrə onun iştirakını formal olaraq bildirsələr də, artıq hadisə baş verən günü inzibati tənbeh vermə barədə qərar vermişlər. Əməkdaşlar öz qanunsuz qərarlarına “don” geyindirmək üçün, hadisənin baş verməsi ilə bağlı yalnız svetoforun yaşıl işığının yanması anından hadisənin baş verməsi anına kimi görüntüləri TŞK-dan çıxarmışlar. O, təkid etmişdir ki, yaşıl işıqdan qabaq onun parklanma yerindən yola çıxmağını, daha sonra, irəliləyib svetoforun qırmızı işığında avtomobili saxlamağını əks etdirən görüntüləri də TŞK-dan çıxarış etmək lazımdır, əməkdaşlar həmin görüntüləri həm TŞK-dan çıxarmaq niyyətində olmadıqlarını bildirməklə, bir daha qərəzli olmaqlarını ortaya qoymuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X10 İdarəsinin polis kapitanı X8 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 18:49-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi prospektində “Jetour X90 Plus minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhər X10 İdarəsinin polis kapitanı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 18:49-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi prospektində “Jetour X90 Plus minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X3 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X10 İdarəsinin polis kapitanı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 18:49-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi prospektində “Jetour X90 Plus minik” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, əməkdaşlar onu İdarəyə formal olaraq çağırmışlar və artıq o, getməmiş, həmçinin onun iştirakı olmadan, inzibati araşdırılma aparılmadan 02 may 2024-cü il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə müvafiq qərar qəbul edilmişdir. Lakin göründüyü kimi, əməkdaşlar baş vermiş hadisə üzrə onun iştirakını formal olaraq bildirsələr də, artıq hadisə baş verən günü inzibati tənbeh vermə barədə qərar vermişlər. Əməkdaşlar öz qanunsuz qərarlarına “don” geyindirmək üçün, hadisənin baş verməsi ilə bağlı yalnız svetoforun yaşıl işığının yanması anından hadisənin baş verməsi anına kimi görüntüləri TŞK-dan çıxarmışlar. O, təkid etmişdir ki, yaşıl işıqdan qabaq onun parklanma yerindən yola çıxmağını, daha sonra, irəliləyib svetoforun qırmızı işığında avtomobili saxlamağını əks etdirən görüntüləri də TŞK-dan çıxarış etmək lazımdır, əməkdaşlar həmin görüntüləri həm TŞK-dan çıxarmaq niyyətində olmadıqlarını bildirməklə, bir daha qərəzli olmaqlarını ortaya qoymuşlar. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı 657382 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X3 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış lazımi foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar