Məhkəmə qərarları › İş №3(011)-256/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-256/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-256/2024 29.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 29 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1740/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1812/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1033/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3673/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5815/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3422/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-758/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədləri və Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 7E-402 saylı icra qeydi üzrə olan tələbi icra etməmiş və icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Borclunun halhazırda ödəməli olduğu məbləğ 40583 manat təşkil edir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələblərin icrası üçün bildirişlər göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədləri üzrə olan borc məbləği uzun müddət ərzində icra edilmədiyindən Şəxs hal-hazırda ödəməli olduğu borc ümumilikdə 40583 manat təşkil edir. Odur ki, göstərilənlərə əsasən o, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində olan icra sənədlərindən və icra qeydindən xəbəri olmuşdur. Lakin maddi imkanı zəif olduğundan və narkomaniyadan müalicə aldığı üçün qısa müddət əvvəl xəstəxanadan çıxdığınan icra sənədləri üzrə yaranmış borcu tam olaraq ödəyə bilməmişdir, lakin tərəfindən borcun hissə-hissə ödənilməsi təmin ediləcəkdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1812/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1033/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3673/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5815/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3422/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-758/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədləri və Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 7E-402 saylı icra qeydi bir icraatda birləşdirilmişlər; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1740/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı Süleymanova (Babayeva) Leyla Umudşah qızının xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02 mart 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1740/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1812/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 1190 manatın alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1812/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2015-ci il tarixli kredit müqaviləsiə əsasən 1000 manat borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1030 manatın X2 ödənilməsi qət edilmişdir; Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 7E-402 saylı icra qeydinin surətindən görünür ki, Şəxs X4 xeyrinə xx.xx.2012-ci il tarixədək vaxtında ödənilməmiş 7000 manatın və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7010 manat pulun tutulması qeyd edilmişdir; icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 7E-402 saylı icra qeydinə əsasən iş üzrə icraata başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1033/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 150 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1033/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3673/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5815/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixli Müddətli alqı-satqı müqaviləsi üzrə yaranmış 208 manat əsas borc, 62 manat cərimə, xx.xx.2020-ci il tarixli Müddətli alqı-satqı müqaviləsi üzrə yaranmış 203 manat əsas borc, 60 manat cərimə, ümumilikdə 533 (beş yüz otuz üç) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5815/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3422/2016 saylı, xx.xx.2016-cı il tarixli əmrinin surətindən görünür ki, Şəxs 20 noyabr 2014-cü il tarixli müqaviləyə əsasən X7 Stansiyasının xeyrinə 44 manat 37 qəpik borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 64 manat 37 qəpik pulun tutulması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-758/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixli 137848-CNS-13068 saylı nağd pul krediti müqaviləsi üzrə 11783 ABŞ dolları məbləğində əsas kredit borcu, 3207.02 ABŞ dolları məbləğində kreditə görə faiz borcu, 100 ABŞ dolları penya borcu, cəmi 15090.02 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir; borclunun axtarışı haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü borclu Şəxs barəsində axtarış elan edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1468/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1740/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1812/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-924/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1033/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3673/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5815/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3422/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-758/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədləri və Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 7E-402 saylı icra qeydinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qətnamələrində və icra qeydində göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, Şəxs tərəfindən icra sənədləri və icra qeydi üzrə olan borc məbləği tam olaraq ödənilmədiyindən onun halhazırda ödəməli olduğu məbləğ 40583 manat təşkil edir. Qeyd olunan hallar onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, ona dəfələrlə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq məktublarının göndərildiyini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM- 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar