Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2580/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə elektron poçt ünvanına məktub gələrək barəsində inzibati protokol tərtib edildiyi bildirilmişdir. Daha sonra elektron poçt ünvanına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, dörd cərimə balı ilə birlikdə 100 (bir yüz) manat miqdarında inzibati cərimə olunmağı ilə bağlı məlumat göndərilmişdir. Qeyd edilən məlumatda isə barəsində tərtib olunan inzibati protokolla (və ya inzibati xəta haqqında iş üzrə qərar) və ona əlavə edilmiş materiallarla ASAN PAY internet portalında olan elektron kabinetində tanış ola biləcəyi qeyd edilmişdir. Qeyd edilən inzibati cərimə qərarının hansı protokol üzrə qəbul edildiyini öyrənmək üçün ASAN PAY internet portalında olan elektron kabinetinə baxdıqda isə, xx.xx.2023-cü il tarixdə yol hərəkəti qaydalarını pozmağı iddiası ilə xx.xx.2023-cü il tarixdə barəsində İXP ******* saylı inzibati protokol tərtib edildiyini görmüşdür. Qeyd edilən protokolun “əlavə edilmiş foto və video sənədlər” bölməsinə daxil olduqda isə, iddia edilən qayda pozuntusunu əks etdirən hər hansı foto və ya video görüntünün olmadığı aşkarlanmışdır. Bununla bağlı protokolu və inzibati tənbeh barədə qərarı qəbul etmiş Polis Orqanına xx.xx.2023-cü il tarixində ASAN PAY internet portalı vasitəsi ilə elektron şikayət ərizəsi göndərərək, barəsində tərtib olunmuş cərimə tənbehi ilə bağlı qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin şikayətindən bir neçə gün sonra ***-***- **-** telefon nömrəsindən ona zəng gələrək özünü protokolu və inzibati tənbeh barədə qərarı qəbul etmiş X8 adlı əməkdaşı olaraq təqdim edən şəxs elektron şikayət ərizəsi ilə bağlı araşdırma edildiyini və “xx.xx.2023-cü il tarixdə xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmış görüntülər əsasında” xx.xx.2023-cü il tarixdə İXP ******* saylı inzibati protokol tərtib edilərək inzibati cərimə olunması barədə qərar qəbul edildiyini bildirərək, barəsində tərtib olunmuş inzibati protokolun və cərimə olunması ilə bağlı qərarın qüvvədə saxlanılmasını bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə “xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmış görüntülər əsasında” xx.xx.2023-cü il tarixdə hər hansı inzibati protokol tərtib edilərək, inzibati cərimə olunması barədə qərar qəbul edilməsinin qanunvericiliyin tələbi üzrə mümkün olmadığını, belə bir qərar qəbul edildiyi halda isə həmin protokolun və qəbul edilmiş qərarın qanunsuz olduğunu həmin əməkdaşa bir daha xatırladaraq, qanunsuz qərarı ləğv edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona zəng edən əməkdaş isə həmin qərarın qüvvədə saxlanıldığını bildirmişdir. Daha sonra mən Bakı şəhəri X10 İdarəsinə yaxınlaşaraq, xx.xx.2023-cü il tarixdə “xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmış görüntü əsasında” barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı protokol üzrə, cərimə edilməsi ilə bağlı qəbul edilmiş TP ******* saylı inzibati tənbeh barədə qərarı götürmüşdür. Həmin qərarı məhkəmə qaydasında mübahisələndirmiş və işə məhkəmə qaydasında baxılmaqla, ətraflı araşdırma edilməklə müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1833/2023 saylı qərarı ilə (hakim Bəxtiyar Məmmədov) TP ******* saylı inzibati tənbeh barədə qərar ləğv edilərək, iş yenidən baxılması üçün Bakı şəhəri Dövlət Yol idarəsinə göndərilmişdir. Lakin məhkəmənin müvafiq qərarı əsasında işə yenidən baxan Bakı şəhəri X10 İdarəsinin əməkdaşı X5, Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarını əsaslı və qanuni hesab etməmiş olacaqdır ki, özünün xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qəbul etmişdir. Belə ki, inzibati iş araşdırılarkən məhkəmə araşdırmasına gəlməyən Polis Orqanı əməkdaşı iş üzrə məhkəmənin gəldiyi nəticəni əsassız və qeyri düzgün hesab edərək inzibati tənbeh vermə barədə təkrar qərar qəbul etmişdir. Hesab edir ki, edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur, həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C230” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində hərəkətdə olarkən “X7” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozulması səbəbindən İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1833/2023 saylı qərarından görünür ki, X2 İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmişdir və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-ə göndərilmişdir. Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C230” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində hərəkətdə olarkən “X7” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozulması səbəbindən İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C230” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində hərəkətdə olarkən “X7” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozulması əsası ilə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bir dəfə məhkəmə tərəfindən şikayətdə qeyd edilən əsasların X2 da iştirakı ilə araşdırılması, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməsi barədə qərar qəbul edilməsinə bamayaraq, tərəfin iştirakı olmadan yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçinin şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2580/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2580/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver