Məhkəmə qərarları › İş №3(011)-2591/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2591/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2591/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsi nümayəndəsi İlkin Məmmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X2 iştirakları ilə, Vəzifəli şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən vəzifəli şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 24 iyun 2023cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixdə nəzərdə tutulan plan üzrə yanğın-texniki müayinə keçirilməsinə şərait yaradılmaması ilə İXM-nin 602.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törədilməsi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin nümayəndəsi İlkin Məmmədov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək vəzifəli şəxs X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X4 izahat verərək göstərdi ki, özünü təqsirli bilmir. Bu səbəbdən də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; çıxarışdan görünür ki, X4 fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir; 24 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, kimi vəzifəli şəxs X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində xx.xx.2023xx.xx.2023-cü il tarixdə nəzərdə tutulan plan üzrə yanğın-texniki müayinə keçirilməsinə şərait yaradılmamışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 23 iyun 2023-cü il tarixli, KY231924387 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixdə nəzərdə tutulan plan üzrə yanğın-texniki müayinə keçirilməsinə icazə verilmişdir; 23 iyun 2023-cü il tarixli “Yanğın-texniki müayinə Aktı”na və “Yoxlama suallarının Siyahısı”ndan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixdə nəzərdə tutulan plan üzrə yanğın-texniki müayinə keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 602.4-cü maddəsinə əsasən, . Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə X2 heç bir inzibati xəta törətməməsi barədə izahatına tənqidi yanaşır və hesab edir ki, həmin izahat inzibati məsuliyyətdən yayınmaq üçün verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, vəzifəli şəxs X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən avtomobillərin yuyulma məntəqəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixdə nəzərdə tutulan plan üzrə yanğın-texniki müayinə keçirilməsinə şərait yaradılmaması ilə İXM-nin 602.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs X2 barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, vəzifəli şəxs X1 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar