Məhkəmə qərarları › İş №3(011)-2594/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2594/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2594/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1980-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Xətai rayonu, Həzi Aslanov metrostansiya yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Vüqar Əhmədov tərəfindən xx xxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyası yaxınlığında mobil telefonla yüksək səslə danışarkən nalayiq sözlərdən istifadə etdiyi üçün polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edəndən sonra ona içtimai əsayişi pozmamağı və özünü təqdim etməsi xahiş olunmuşdur. O, əsəbi olduğu üçün polis əməkdaşlarına özünü təqdim etməmişdir. Sonradan polis əməkdaşları məcburən onu polis şöbəsinə aparmışlar. Daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, polis əməkdaşının qanuni tələblərinə tabe olmadığını bildirmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Barəsində olan iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhıri Xətai Rayonu 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Vüqar Əhmədov izahatında göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci tarixdə 17:00 radələrində Bakı şəhəri Xətai rayonu, Həzi Aslanov metrostansiyası yaxınlığında xidmət edən zaman 1 nəfər şəxsin yolda gedərkən mobil telefonla yüksək səslə nalayiq sözlər ifadə etdiyini görüb ona yaxınlaşmış içtimai əsayişi pozmamağı və özünü təqdim etməsi xahiş olunmuşdur. Vətəndaş özünü təqdim etməmişdir. Sonradan həmin şəxs 35-ci Polis Bölməsinə məcburən aparılmış və növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli AZ 015279 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin məhkəmə iclasında verdikləri izahatları, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati tənbeh - həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxxxxx 2020-ci il tarixindən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar