Məhkəmə qərarları › İş №3(011)-2599/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2599/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2599/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlunun, inzibati xəta haqqında protokolu tərtib edən Xətai rayon DYPŞ-nin axtarış üzrə inspektor polis kapitanı X2 iştirakları ilə, 10.10.1963-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, R.Bağırov küçəsi 28, mənzil 6-da faktiki olaraq yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin 16.03.2021-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 31.03.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 14 fevral 2021-ci il tarixdə saat 02:15 radələrində Şəxs idarə etdiyi “Mercedes Benz 220D minik” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olaraq M.Hadi küçəsinə getmək məqsədi ilə sola dönmə əməliyyatı edən “Hyundai Accent minik” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq “Hyundai Accent” markalı avtomobilin sürücüsü X3 xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, 14 fevral 2021-ci il tarixdə saat 02:15 radələrində idarə etdiyi “Mercedes Benz 220D minik” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sola dönmə əməliyyatı edən “Hyundai Accent minik” markalı **-HS-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq sürücüsü X4 xəsarət yetirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə inzibati xəta hadisəsi törətdiyini bildirərək barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Xətai rayon DYPŞnin axtarış üzrə inspektor polis kapitanı X5 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 12 mart 2021-ci il tarixli 27/2021 saylı ekspert rəyindən görünür ki, vətəndaş X3 bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarətlər – baş beyin silkələnməsi, alın nahiyyəsinin yumşaq toxumasının əzilməsi, sol biləyin əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 14.02.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyevin 16.03.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, Şəxs oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİnin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin 31.03.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar