Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2615/2023 15.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Naxçıvan MR, Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 14 iyul 2023-cü il tarixli, MN1476890 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1053/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2023-cü il tarixində oğlu Nihadı götürərək Zərərçəkmiş şəxs qaytarmadı və icra məmurunun uşağı qaytarılmasına dair tələbini icra etmədi. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Buununlla əllaqədar olaraq uşaqla atanın iştirakı ilə söhbət aprılmış, lakin ata uşaqla tək söhbət aparılmasına mane olduğu üçün və psixoloqun iştirakı şöbə tərəfindən təmin oluna bilmədiyi üçün uşaq atasına baxraq getmək istəmədiyini bildirmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilkin olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit Və İnkişaf Agentliyində baş məsləhtçi işləyir. Heç bir məhkəmə qətnaməsi qərəzli olaraq pozmamışdır. İşdə olarkən oğlu Nihad onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, velosipedlə, ata sən yaşadığın evə gəlmək istəyirəm. O, da bildirmişdir ki, heç hara getməsin, indi taksi göndərəcək. Uşağının başına nəsə gəlməyindən narahat olduğu üçün Nihadı götürmək üçün taksi göndərmişdir. Oğlu Nihad onunla birlikdə yaşamaq istəyir. Bu barədə videogörüntü məhkəmə təqdim edilmişdir. Həmin görüntüdə də oğlu atası ilə qalmaq istədiyini, anasını istəmədiyini bildirmişdir. Həmçinin uşağın özü futbola yazdırmış, hər bir idman fəaliyyəti ilə məşğul olmasına şərait yaratmışdır. Hətta uşağı məhkəməyə könüllü gətirəcəyini və psixoloqun iştirakı ilə dindirilməsini və Nihadın kiminlə qalmaq istədiyinin öyrənilməsini xahiş etmişdir. Nihad anası ilə qalmaq istəməsini bildirsə, o zaman anası ilə qalmasına etiraz etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında daha sonra barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, X2 anasına könüllü surətdə təhvil verildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs daha sonra fikrini dəyişdiyini, hal-hazırda həftənin şənbə günü olmasını və məhkəmə qətnaməsi ilə onun uşaqla görüş vaxtı olduğundan Nihadın onunla qalmalı olduğunu və bu səbəbdən oğlu Nihadı anasına verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, keçmiş yoldaşı Şəxs oğlu Nihadı həyətdən qaçıraraq 01 aydan artıq müddətdir ki, ona göstərmir. Oğlu Nihada təsir edərək guya ona nifrət eləməsi barədə videogörüntülər çəkir. Eyni hərəkəti 02 il əvvəl qızı Fidan barəsində də etmişdir. Guya Fidan anasına nifrət edir. O, özü hal-hazırda Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə"-də memar vəzifəsində işləyir. Uşaqlarına hərcür şərait yaradır. Məhkəmənin təşşəbbüsü ilə dəvət olunmuş psixoloq X5 iştirakı ilə Nihad onunla qalmaq istədiyini, anasını çox istədiyini bildirmişdir. Göstərilənlərə əsasən oğlu Mustafayev Nihadın onun himayəsində qalması ilə bağlı məhkəmə qərarının icrasının təmin edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə dəvət edilmiş, məhkəmə iclasında iştirak edən, həmçinin X13 ilə konfidensial söhbət aparmış, psixoloq X11 şahid qismində izahatı zamanı məhkəməyə bildirmişdir ki, Piriyev Ülvi kənar təsirə məruz qalmışdır. Belə ki, Piriyev Ülvi ilə konfiendisial qaydada söhbət aparılarılarkən o, anasının yanında qalmaq istədiyini bildirmişdir. Əks halda, yəni həqiqətən də Şəxs dediyi kimi uşaq həqiqətən anası ilə qalmaq istəməsə idi, indiki halda anasını istədiyini və anası ilə qalmaq istədiyini bildirməzdi. Həmşinin atası ilə ünsiyyət saxlamaq istəyir. Belə ki, onun atasının yanına getmək istəməsinin səbəbi orada kompüter oyununun olması və rahat şəkildə idmanla məşğul bilməsidir. Uşaq daimi olaraq anası ilə yaşamaq istəyir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 iyul 2023-cü il tarixli, MN1476890 saylı protokoldan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1053/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2023-cü il tarixində oğlu Nihadı götürərək Zərərçəkmiş şəxs qaytarmadı və icra məmurunun uşağı qaytarılmasına dair tələbini icra etmədi. Bununla da, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1053/2021 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında 11.11 2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 1833 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2010-cu il təvəllüdlü X12 ve xx.xx.2014-cü il təvəllüdlü X1 Sevil Qasım qızının yanında saxlanılması, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, Şəxs Zərərçəkmiş şəxs qarşı uşaqla ünsiyyət tələbinə dair iddia tələbi qismən təmin edilməsi, Şəxs övladları - xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X13 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 20:00-dək, habelə uşaqların ad günləri, yəni hər il noyabr ayının 17-si və iyul ayının 27-si saat 10:00-dan 14:00-dək, hər il Novruz və Yeni il bayramlarında 1 gün, saat 10:00-dan 21:00-dək Zərərçəkmiş şəxsn iştirakı olmadan ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1053/2021 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xəbərdarlıqlardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, xx.xx.2021-ci il tarixli, 2(011)-1053/2021 saylı icra sənədinin icrası borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı izah edilmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən Şəxs ünvanlanmış 21 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Xətai rayon İcra Şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 2(011)-1053 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar tələbkar tərəf 19 iyun 2023-cü il tarixli ərizəsində 10 iyun 2023-cü il tarixdən bəri Nihad adlı uşağın tərəfinizdən ona təhvil verilmədiyini qeyd etmişdir. Nihad adlı uşağı qısa zamanda könüllü şəkildə anası Zərərçəkmiş şəxs təhvil verilməsi xahiş olunmuşdur. Əks halda barəsində məcburi icra tədbirləri görüləcəyi barədə xəbərdar olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs 10 iyun 2023-cü il tarixində Piriyev Nihadı götürərək hələdə ona qaytarmamışdır. Belə hallar dəfələrlə olub və tələbkar tərəf icra vərəqəsinin tələbini yerinə yetirmir və uşağı vaxtlı vaxtında ona qaytarmır. Nəzərə alınmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-2542/2023 saylı qərardadından görünür ki, Xətai Rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X13 pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilməmiş, Şəxs tərəfindən onun anasına qaytarılmamasına dar heç bir akt tərtib edilməmiş və protokola əlavə edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Xətai Rayon İcra Şöbəsinə geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Piriyev Ülvi anası ilə qalmaq istəmədiyini və atası ilə qalmaq istədiyini bildirmişdir. İş materillarına əlavə edilmiş görüntülərdən də göründüyü kimi, psixolqoun iştirakı ilə dindirilmiş Piriyev Nihaddan kiminlə qalmaq istədiyi soruşulduqda o, anası ilə qalmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, psxiloqun məhkəmə iclasında vermiş olduğu izahatından və Piriyev Nihadın könüllü şəkildə anası ilə qalmaq istəməsini nəzərə alaraq hesab edilir ki, Şəxs tərəfindən təqdim edilmiş CD diskdə olan görüntülər və sonuncunun məhkəmə iclasında vermiş olduğu izahatı doğru deyil və Piriyev Nihadın görüntülərdə əks edilmiş sözləri yalnız kənar təsir altında verilə bilərdi. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati protokol tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1053 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qəsdən oğlu X9 yanında saxlamaqla, məhkəmə qətnaməsini könüllü icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Şəxs məhkəmə tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1053 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi təklif edilsə də, o, uşağı özü ilə saxlamalı olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1053 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən şənbə günü 20:00-dək X7 atası ilə görüş vaxtı müəyyən edilmiş olsa belə, lakin, barəsində protokol tərtib edilmiş şəxs 01 aydan artıq müddətə icra vərəqəsi ilə üzərinə qoyulmuş öhdəlikləri pozmuş, məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməkdən yayınmışdır. Bununla da, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1053 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməkdən könüllü olaraq imtina etmiş hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 15 iyul 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2615/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2615/2023
15.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver