Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2628/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 İnzibati xəta haqqında qərarı qəbul etmiş Baş X5 İdarəsinin nümayəndəsi Əİəkbərzadə Nicat Vaqif oğlunun iştirakları ilə, X1 Baş X5 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Baş X5 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixində idarə etdiyi **-SU-*** dövlət nişanlı Kia markalı avtomobilini Ziya Bünyadov prospektində vergilər idarəsi qarşısında park etmişdir. Bir müddət sonra cərimələnmə barəsində sms almışdır. Hesab edir ki protokol araşdırılmadan tərtib olunub və ləğv olunmalıdır, çünki o getdiyi yolda parklanmanı qadağan edən heç bir nişan yox idi. Qeyd edilənlərin nəzərə alınaraq Baş X5 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək yolda parklanmanı qadağan edən nişanların olmamasını, standartlara uyğun olaraq heç bir tədbir görülməməsini, təqdim etdiyi diskdən də görüntülərin olmasını bildirərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında qərarı qəbul etmiş Baş X5 İdarəsinin nümayəndəsi Əİəkbərzadə Nicat Vaqif oğlu izahat verərək bildirmişdir ki, Şikayət ərizəsində o qərarı niyə əsassız hesab etdiyini açıqlamasa da, xx.xx.2024- cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, inzibati xətanın baş verdiyi ünvana 20 yanvar dairəsi istiqamətindən gəlirmiş və avtomobili saxladığı yolun başlanğıcında quraşdırılmış 3.27 nişanını görməsi mümkün olmayıb, çünki o əks yoldan gələrək nişana çatmadan geriyə dönüb. İrəli sürdüyü dəlilləri sübut etmək üçün o müxtəlif fotoşəkillər təqdim edərək, yolun başlanğıcında 5.9 nişanının (avtobus zolağı) və 3.27 nişanının (dayanma və durmanın qadağan olması) olduğunu təsdiq etmişdir. Hesab edirik ki, Rüfət Səfərovun günahsız olması görüntüsünü yaratmaq üçün məhkəmə ilə qeyri-səmimidir və real həqiqəti gizlətməyə çalışır. 1.İlk əvvəl qeyd edilməlidir ki, Rüfət Səfərov qeyd edilən ünvanda (Z.Bünyadov prospekti, Vergilər İdarəsinin qarşısı) avtomobilini artıq 2-ci dəfədir park edir və cərimələnir. Daha əvvəlki qərarı mübahisələndirərkən o nişanın olmasından məlumatsız olduğunu bildirməmiş, saxlama səbəbini avtomobildə nasazlıq yaranması ilə əlaqədar məcburi qaydada dayanması və usta gətirmək üçün getməsi ilə izah etmişdir. Əvvəki işdə o nişan haqda məlumatsız olduğunu bildirməyib. Hazırda isə o tamamilə fərqli mövqe göstərir və bildirir ki, nişanın olmasından guya məlumatsızdır. Necə ola bilər məlumatsız olsun, axı həmin yerdə park etməyə görə əvvəlki tarixdə artıq 1 dəfə cərimələnib. Ona görə də bu dəlil qeyri-ciddidir və özünü müdafiə xarakter daşıyır. 2. Rüfət Səfərov qeyd edilən ünvanda (Z.Bünyadov prospekti, Vergilər İdarəsinin qarşısı) ona görə cərimələnib ki, X3 Qanunun 52- ci maddəsinin 1 bəndinin 2 hissəsinin tələbini pozub. 52-ci maddədə göstərilir: İV. Aşağıdakı yerlərdə: 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Yəni, Səfərov Rüfət avtomibilini həm 3.27 nişanının təsir zonasında dayandırıb, həm də 1.1 üfüqi nişanlanma xəttindən 3 metrdən az məsafədə. Belə ki, özünün məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi onun avtomobilini dayandırdığı yer avtovus zolağının içərisindədir və zolaqdan cüzi məsafə aralıdır. Çünki avtobus zolağının eni vur-tut 3 metrdir və həmin 3 metrin 1.7m Səfərov artıq tutub (avtomibilin minimal eni 1.7 metrdir), qalır 1.3 metr. Qanunun tələbinə görə bu məsafə 3 metrdən az olmamalıdır. Əks halda gündüz saatlarında avtobus, gecə saatlarında isə digər nəqliyyət vasitələrinin həmin zolaqla hərəkətində çətinlik yaranır, onlar məcburən zolaqdan çıxır və qəza şəraiti yaranır. Başqa sözlə Səfərovnin həmin ünvanda avtomobil park etməsi bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Yəni, Rüfət Səfərov 3.27 nişanını guya görmədiyi barədə qeyri-ciddi dəlillər irəli sürməyə çalışsa da, 1.1 üfuqi nişanlanma xəttindən 3 metrdən az məsafə saxladığı ilə bağlı heç bir dəlil irəli sürə bilmir. İnzibati xəta baş verən anda çəkilmiş fotoşəkillərdə 1.1 üfuqi nişanlanma xəttinin aydın şəkildə görünməsi hər hansı şübhə yaratmır. Dayandığı yerin avtobus zolağı olmasını (5.9 nişanı) və bunu bilməsini Səfərov özü də fotoşəkillərlə etiraf edib. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında “Kia Picanto” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozmasl nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə diskə baxış keçirilən zaman Ziya Bünyadov prospekti qarşısında fotoşəkillərin olması aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “X3” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin: İV. Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; [212] 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 10-1) velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında; 10-2) taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Baş X5 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki X2 “X3” Azərbaycan Respublikasının Qanunun tələblərini və dayanmaq durma qaydalarını pozmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2628/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2628/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver