Məhkəmə qərarları › İş №3(011)-2645/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2645/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2645/2020 26.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X4, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 etibarnamə üzrə nümayəndəsi X2, Şəxs MMC-nin direktoru X1 iştirakları ilə Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında protokoldan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində 0.04 ha torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X5 “torpaq sahəsi ilə üzbəüz ərazidə yerləşən Şəxs MMC-nin sakinləri tərəfindən tullantı konteynerlərin ona məxsus torpaq sahəsinin qarşısında qoyulması və tullantıların qalaqlanması” ilə bağlı ərizə xx.xx.2020-ci il tarixli BD-134 saylı sərəncama əsasən yerində araşdırılmışdır. Araşdırma müddətində tullantıların yandırılması faktı öz təsdiqini tapmış və bu 8-ci KM Maşın bazarı kimi adlanan “xxxxxxxx” Kiçik Müəssisəsi ərazisində baş verdiyi müəyyən edilmişdir. Müxtəlif günlərdə keçirilmiş baxış zamanı Şəxs MMC-nin yaşayış binalarından ibarət kompleksin sakinləri üçün ayrılmış 3 ədəd konteynerdə olan məişət tullantılarının qalaqlanaraq əraziyə səpələnməsi və antiinhisar vəziyyət yaratması öz təsdiqini tapmışdır. Bununla da Şəxs MMC məişət tullantılarının qalaqlanması qaydalarını pozaraq inzibati xəta törətmişdir. Buna görə də Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X10 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X8 Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində 0.04 ha torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X5 “torpaq sahəsi ilə üzbəüz ərazidə yerləşən Şəxs MMC-nin sakinləri tərəfindən tullantı konteynerlərin ona məxsus torpaq sahəsinin qarşısında qoyulması və tullantıların qalaqlanması” ilə bağlı ərizə xx.xx.2020-ci il tarixli BD-134 saylı sərəncama əsasən yerində araşdırılmışdır. Araşdırma müddətində tullantıların yandırılması faktı öz təsdiqini tapmış və bu 8-ci KM Maşın bazarı kimi adlanan “xxxxxxxx” Kiçik Müəssisəsi ərazisində baş verdiyi müəyyən edilmişdir. Müxtəlif günlərdə keçirilmiş baxış zamanı Şəxs MMC-nin yaşayış binalarından ibarət kompleksin sakinləri üçün ayrılmış 3 ədəd konteynerdə olan məişət tullantılarının qalaqlanaraq əraziyə səpələnməsi və antiinhisar vəziyyət yaratması öz təsdiqini tapmışdır. Həmçinin hüquqi şəxs Şəxs MMC “xxxxxxxxxxxxxxxxxx” MMC ilə də məişət tullantılarının daşınması üçün müqavilə bağlamamışdır. Buna görə də hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X3 izahat verərək göstərmişdir ki, kompleksdə yaşayan sakinlər azlıq tışkil etdiyindən tullantıların daşınması üçün aidiyyəti qurumlarla müqavilə bağlanmamışdır.Artıq həmin tullantılar atılmış və həmin ərazi abadlaşdırılmışdır. Qısa müddətdə müqavilənin bağlanacağını qeyd edərək iş üzrə icraat xitam verilməsin xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs şəxs “Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tərkibi vardır. İş materiallarında olan Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X10 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, müxtəlif günlərdə keçirilmiş baxış zamanı Şəxs MMC-nin yaşayış binalarından ibarət kompleksin sakinləri üçün ayrılmış 3 ədəd konteynerdə olan məişət tullantılarının qalaqlanaraq əraziyə səpələnməsi və antiinhisar vəziyyət yaratması öz təsdiqini tapmışdır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 344 nömrəli məktubundan müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC “xxxxxxxxxxxxxxxxxx” MMC ilə məişət tullantılarının daşınması üçün müqavilə bağlamamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X6 əməkdaşları ilə Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı ilə birlikdə sözügedən ünvanda araşdırma aparılmış və həmin ərazidə məişət tullantılarının qalaqlanması qaydalarının pozulması faktı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-ə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsi ilə təqsirli bilinərək, 6500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar