Məhkəmə qərarları › İş №3(011)-2645/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2645/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2645/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 və onun nümayəndəsi Bakı şəhəri 8 saylı vəkil Bürosunun vəkili X7 iştirakı ilə, X4 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Xidmət üzrə rəsi müavini X3 tərəfindən qəbul edilmiş MN1371771 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Xidmət üzrə rəsi müavini X3 tərəfindən qəbul edilmiş MN1371771 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayon Polis İdarəsinin Xidmət Üzrə rəis müavini X2 inzibati tənbeh vermə haqqında ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilərək 1500 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması inzibati xəta hesab olunur. Yer tǝki haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer tǝki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna va "Lisenziyalar va icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Bildirirəm ki, qeyd edilən maddənin subyekti Yer toki haqqında Azərbaycan Respublikasının Qanununa görə "Yer təkinin istifadəçiləri" ola bilər. Eyni zamanda "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezdentinin Fərmanının 5.17. həmin Məcəllənin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. O yük maşınının sürücüsü olmaqla "yer təkinin istifadəçisi" olmamış, qazıntı işləri aparmamış, daş çıxartmamış, yer quruluşuna ziyan vurmamış, yalnız daş karxanasında çıxarılan və kəsilən daşların tullantı hissələri olan va mişarın ağzından çıxan toz hissəciklərini daşımışdır. Odur ki, işin baxılması ******* saylı xx.xx.2023-cü il tarixli qərarı qəbul etmiş vəzifəli şəxsin səlahiyyətinə aid olmamışdır. Maşında olan tullantını qanunla yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə isə onun təqsiri olması heç nə ila sübut edilmir, həmçinin yükdə olan yararsız daş qırıntıları və daş tozunun yer qurluşuna aid olan torpaq olması barədə də hər hansı rǝy yoxdur. Belə olan halda dövlət orqanının həmin yükün yer qurluşunun pozulmasına aid olduğunu necə müəyyən etməsi də sual doğurur. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati masuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, taqsirli sayılan (qasdan va ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan amal (hərəkət və ya hərəkətsizlik) inzibati xota hesab olunur. İXM-nin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərina amal olunması yuxarı orqanları və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli protokolda onun protokolda yazılanlara etirazını bildirdiyini qeyd edilsə də, izahatı göstərilməmişdir. Halbuki, İXM-nin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. O, işə baxılmasının vaxtı və yeri haqqında xəbərdar edilməmişdir. Halbuki, İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işa baxılmasının vaxti va yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Vəzifəli şəxs işin baxılmasının onun səlahiyyətinə aid olması, inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması məsələlərini hǝll etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, vermiş olduğu şikayət tam əsaslı olduğundan təmin edilməli və MN1371771 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN1371771 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin vəkili şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Xidmət üzrə rəsi müavini X3 tərəfindən qəbul edilmiş MN1371771 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün səahiyyətli orqana qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Xidmət üzrə rəsi müavini X2 inzibati tənbeh vermə haqqında MN1371771 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 05.iyul 2023-cü il tarixində yerin təkindən istifadə qaydalarını pozmuş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyindən 1500 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi; 7-ci maddəsinə əsasən Yerin təkindən istifadənin növləri aşağıdakılardır: geoloji və geoekoloji öyrənmə; faydalı qazıntıların çıxarılması; dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə; faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı; elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması; mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması. 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 yerin təkindən istifadə ilə əlaqədar tələbləri pozduğundan İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin tərkib əlamətinin yaranması üçün, yerin təkindən istifadə tələblərinin pozulması tələb olunmuşdur. “Yerin təki” haqqında qanundan da göründüyü kimi yerin təkindən istifadə hüququnun əldə edilməsi qaydası və yerin təki istifadəçilərinin kimlər hesab edilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs şikayətində qeyd etdiyi xüsusatlar, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Xidmət üzrə rəsi müavini X2 inzibati tənbeh vermə haqqında MN1371771 saylı, xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilmir. Belə ki, qeyd edilən qərarda barəsində inzibati tənbeh tədbiq edilmiş şəxsin yerin təkindən istifadə etməsi üçün icazə alıb-almaması, qeyd olunan pozuntunun hansı formada edilməsi və nədən ibarət olması, həmçinin şikayət vermiş şəxsin şikayətində bildirdiyi kimi, yükdə olan yararsız daş qırıntıları və daş tozunun yer quruluşuna aid olmasına ekspertiza keçirilməmiş və heç bir rəy əldə edilməmişdir. Məhkəmə hesab edir ki, X6 barəsində MN1371771 saylı, xx.xx.2023-cü il tarixli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İş materillarına əsasən müəyyən edilmişdir ki, müvafiq qərarın qəbul edilməsi zamanı barəsində inzibati cərimə tədbiq edilmiş X4 izahatı alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Xidmət üzrə rəsi müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13229958 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Xidmət üzrə rəsi müavini X3 tərəfindən qəbul edilmiş MN1371771 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar