Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2645/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X12 İdarəsinin polis baş leytenantı X3 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində **-JZ-*** DQN-lı “BMC” markalı sərnişin avtobusu ilə Xətai rayonu, Gəncə prospekti saat 16:10 radələrində üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətə hərəkət edən **-LE-*** DQN-lı “Daevo” markalı sərnişin avtobusunun sürücüsü, idarə etdiyi avtobusun sağ yan hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə Bakı şəhəri DYPİ Polis Baş leytenantı X6 yaxınlaşaraq sənədlərini almış və səhər, yəni xx.xx.2024-ci il tarixində saat 09:00-da Bakı şəhər DYPİ-nə yaxınlaşmaqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixində saat 09:00-da Bakı DYPİ-nə yaxınlaşdıqda inspektor hadisəni araşdırmadan, hadisəni əks etdirən videogörüntü olmadan, onun təqsirini sübuta yetirə biləcək hər-hansı bir sübut olmadan və ən əsası izahatı alınmadan öz şəxsi subeyktiv fikirlərinə əsaslanaraq barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, xx.xx.2024-cü il tarixində TP ******* saylıİnzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. O, inspektora etirazını bildirmiş və izahatının alınmasını hadisəni ətraflı araşdırmasını tələb etmişdir. Lakin, xx.xx.2024-cü il tarixində barəsində inspektor tərəfindən qərar verilmişdir. "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan hər iki sərnişin avtobusu "xxxx" MMC-nin mülkiyyətindədir və hər gün yol vərəqəsi əsasında sürücülər tərəfindən idarə olunur. xx.xx.2024-cü il tarixində, saat 16.10 radələrində yol vərəqəsi əsasında idarə etdiyi ** JZ *** DQN-lı “BMC” markalı sərnişin avtobusu ilə Gəncə prospektində üzü Zığ istiqamətində düzünə hərəkət edirdi. Gəncə prospekti 3 zolaqlı yoldur. Ondan sağda hərəkət edən ** LE *** DQN-lı “Daevo” markalı sərnişin avtobusunun sürücüsü, güzgüyə baxmadan sükanı sola çevirərək, anidən onun zolağına çıxmış və nəticədə onun idarə etdiyi avtobusun sağ yan şüşələrini və dəmir konstruskiyalarına zərər yetirmişdir. Onu vuran ** JZ *** DQN-lı “BMC” markalı sərnişin avtobusununda quraşdırılmış təhlükəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Videoda tam aydın şəkildə görünür ki, ** LE *** DQN-lı “Daevo” markalı sərnişin avtobusunun sürücüsü sükanı çevirərək zolağı dəyişir və hadisə baş verir. "xxxx" MMC-nin hüquq sektoru tərəfindən hadisə araşdırılan zaman onun günahsız olmağı öz təsdiqini tapmışdır. Lakin, inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə dəymiş maddi ziyanın yenidən ondan tutulması ilə nəticələnəcək. İnspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci bəndinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununa əsasən baş vermiş hadisədə onun günahı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inspektorun şəxsi mülahizələri və şübhələri mütləq şəkildə onun xeyrinə həll edilməli idi. Çünki, ortada hadisənin fərqli halda baş verməsini əks etdirən bir video görüntü yoxdur, nəinki görüntü, ümumiyyətlə onun təqsirini sübuta yetirə biləcək sübut yoxdur. Əvəzində isə hadisənin o, dediyi kimi baş verməsini əks etdirən videogörüntü hadisəni "xxxx" MMC-də araşdıran Hüquq şöbəsinin müdiri Rüstəm Cəfərovun təqdim etdiyi sübutlar var. Qeyd edilmişdir ki, Bakı şəhəri DYPİ polis baş leytenantı X3 tərtib etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuzdur. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, səlahiyyətli orqana ünvanladığı şikayət ərizələrinə cavab verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X12 İdarəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 16:10-da Xətai rayonu, Gəncə prospektində “BMC PROCİTY 12M CNG AVTOBUS” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş 01 ədəd “CD-R” formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, avtobusda quraşdırılmış kameralardan görünür ki kimi “Daewoo” markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı avtobus “BMC PROCİTY 12M CNG AVTOBUS” markalı, **- JZ-*** dövlət qeydiyyat nişanlı avtobusu vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X5 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X12 İdarəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən X5 xx.xx.2024-cü il tarixdə, saat 16:10-da Xətai rayonu, Gəncə prospektində “BMC PROCİTY 12M CNG AVTOBUS” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X7 izahatında bildirmişdir ki, barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, səlahiyyətli orqana ünvanladığı şikayət ərizələrinə cavab verilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı 657382 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X5 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2645/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2645/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver