Məhkəmə qərarları › İş №3(011)-2650/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2650/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2650/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X9 tərəfindən barəsində xx.xx.2019cu il tarixli, MN ******* saylı Protokolu və inzibati tənbeh vermə haqqında xx xxxxxx 2019cu il tarixli, MN seriyalı ******* nömrəli Qərarı qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə 3500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Barəsində qəbul edilmiş protokol və inzibati tənbeh vermə haqqında Qərar qərəzlidir, qanunsuz və əsasızdır.Belə ki, qeyd olunan qərar onun iştirakı və heç bir məlumatı olmadan tərtib edilmiş, işdən məlumatı İcra və Probasiya Şöbəsi tərəfindən olmuşdur.İnzibati tənbeh vermə haqqında Qərarın mahiyyəti ondan ibarətdir ki, Nizami rayonu “Piano” Şadlıq sarayından atmosferə buraxılan tullantıların miqdarının normadan artıq olmasıdır.Amma buna baxmayaraq onun tərəfindən “Piano” Şadlıq sarayında, manqalda hava təmizləyiçi Hidrofılter quraşdırılmış və onunla (Sifarişçi) “xxxxxxxxxxx” MMC arasında (İcraçı) xx xxxxxx 2019-cu il tarixdə görülmüş işlərin təhvil-təslimi haqqında müvafiq qaydada akt tərtib edilərək imzalanmışdır.İşdən və təqdim olunan rəsmi sənədlərdən göründüyü kimi onun tərəfindən heç bir inzibati xətaya yol verilmədiyi halda barəsində uydurma protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur.Tərtib olunmuş protokol və inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu, Babək prospektində fəaliyyət göstərən “Piano” şadlıq sarayında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.2-ci maddələrinə əsasən X10 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X9 tərəfindən xx.xx.2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında araşdırma ilə bağlı məktub X7 poçt vasitəsilə göndərilmiş, xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, tərtib edilmiş protokol və qəbul edilmiş qərar tam qanuni və əsaslıdır. Belə ki, “Piano” şadlıq sarayının manqalında hava təmizləyici olsa da, lakin onun filtrləri təmizlənməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək qəbul edildiyindən və bu zaman qanunvericiliyin tələblərinin pozulmasına yol verilmədiyindən X5 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və iş material-larını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında protokol və inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 məsləhətçi-müfəttişi Fəxrəddin İskəndərov tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 əməkdaşları Nizami rayonu, Babək prospektində fəaliyyət göstərən “Piano” şadlıq sarayında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olması aşkar edilmişdir. İş materiallarından görünür ki, X5 barəsində tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola xx xxxxxx 2019-cu il tarixində saat 10:00-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 inzibati binasında baxılacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 3.500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarının surətini xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsindən almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Məhkəmə iclasında müəyyən olundu ki, xx xxxxxx 2019-cu il tarixində Nizami rayonu, Babək prospektində fəaliyyət göstərən “Piano” şadlıq sarayında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olması müəyyən edilmiş, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol tərtib edilərkən X7 hüquq və vəzifələri izah olunmuş, lakin X10 protokola imza etməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokola baxılması xx xxxxxx 2019-cu il tarixinə saat 10:00 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 inzibati binasına təyin edilmiş, işə baxılmasının müddəti və yeri haqqında X7 poçt vasitəsilə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 3.500 (üç min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərarın surəti poçt vasitəsilə X7 göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X4 əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır, bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. X11 Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, birqayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar