Məhkəmə qərarları › İş №3(011)-2652/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2652/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2652/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Tərtər rayonu, Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri Xətai rayonu, keçid 823, ev 2, mənzil 18-də qeydiyyatda olan, ünvan 1 mənzil 6 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı icra vərəqəsinə əsasən, Şəxs 16338 manat məbləğində pul alınaraq “xxxxxx” MMCyə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı icra vərəqəsinə əsasən, Şəxs 16338 manat məbləğində pul alınaraq “xxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı icra vərəqəsinə əsasən, Şəxs 16338 manat məbləğində pul alınaraq “xxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-9580/2017 saylı icra vərəqəsinə əsasən, ondan 16338 manat məbləğində pul alınaraq “xxxxxx” MMC-yə ödənilməlidir. Bu günə qədər 8584 manat ödəniş etmişdir. Ödəniş etməkdən boyun qaçırmır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, ailəli olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq, onun barəsində müvafiq maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar