Məhkəmə qərarları › İş №3(011)-2655/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2655/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2655/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakları ilə, X2 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsini müdafiə edərək Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsini, inzibati xəta haqqında şikayətin buraxılmış müddətinin bərpa edilməsini və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.İzahatında Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının sürətini ona bir ay sonra yəni xx xxx 2020-ci il tarixdə təqdim edildiyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət müddətinin bərpa edilməsi qeyri-mümkün hesab edilməli və şikayətin icraata qəbuldan imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah edilmişdir.Qərarın ona təqdim edildiyi xx xxx 2020-ci il tarixdən 05 aydan çox vaxr keçmişdir. İş materiallarından görünür ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi təxminən 06 ay sonra, yəni xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Hazırki halda məlum olur ki, şikayətçinin mübahisələndirdiyi qərar Xətai RPİ 34-cü Polis Şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə rəsmi qaydada ona çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, X3 tərəfindən Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübut iş materiallarına əlavə etməmiş və əsaslandırmamışdır. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, X2 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsi və inzibati xəta haqqında şikayətin buraxılmış müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilməli və həmin qərardan şikayətin icraata qəbuldan imtina olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsinin üzrlü hesab edilməsi və inzibati xəta haqqında şikayətin buraxılmış müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilsin. X2 Xətai RPİ 34-cü Polis Şöbəsinin MN ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətin icraata qəbuldan imtina olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar