Məhkəmə qərarları › İş №3(011)-2668/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2668/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2668/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X5 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 22 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXM-nin 53.1.1-ci maddəsinə əsasən haqqında tərtib edilmiş inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində haqqında EQ/ 19789363 nömrəli protokol tərtib edilərək elektron kabinetə protokola əsasən xx.xx.2024 tarixində 17:55 radələrində ona məxsus **-OD-*** nömrə nişanlı avtomobili Xudu Məmmədov küçəsində saxlamışdır və buna görə haqqında X3 346.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokola əlavə edilmiş sübutlarda qanun pozuntusunu sübuta yetirəcək heç bir fakt göstərilmir. Maddədə qeyd edilən 5.12 və 5.13 nişanları quraşdırılmayıb və 1.17 yol nişanlanması tətbiq edilməmişdir. Bundan əlavə həmin istiqamətdə ümumi istifadədə olan heç bir nəqliyyat vasitəsi hərəkət etmir və beləliklə həmin hissədə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacağına ehtiyac belə yoxdur. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin rəyi var ərizəyə əlavə edilir. Xətai Rayon Məhkəməsi eyni inzibati xəta ilə bağlı daha öncə inzibati xəta haqqında qərarın ləğv edilməsi və yenidən baxılması ilə bağlı qərar qəbul etmişdir. Buna baxmayaraq haqqında eyni inzibati iş üzrə qərar onun iştirakı olmadan yenidən tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 tərəfindən tərtib olunmuş 22 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 17:55-də Xətai rayonu, Xudu Məmmədov küçəsində “Kia Rio minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandırması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, AYNA tərəfindən Bakı şəhəri və ətraf qəsəbələrdə sərnişindaşımanın təkmilləşdirilməsi, sərnişinlərin və piyadaların rahatlığının, təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra işlər görülür. Bu işlər çərçivəsində yeni avtobus dayanacaq məntəqələri təşkil edilir, müasir standartlara cavab verən yeni avtobus dayanacaq pavilyonları quraşdırılır. Müraciət ilə bağlı mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilmişdir. Bildirilir ki, qeyd edilən ünvanda mövcud olan avtobus dayanacaq pavilyonunun nəqliyyat infrastrukturu nəzərə alınmaqla avtobusların marşrut xətləri ilə uzlaşmadığı tərəflərindən müəyyən olunmuşdur. Bu səbəbdən göstərilən ünvanda mövcud avtobus dayanacaq pavilyonunun ərazidən demontaj olunaraq götürülməsi və sərnişin tələbatı yüksək olan başqa məkanda quraşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 mart 2024-cü il tarixli, EQ/ seriyalı 19789363 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 22 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X5 xx.xx.2024-cü il tarixdə, saat 17:55-də Xətai rayonu, Xudu Məmmədov küçəsində “Kia Rio minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandırması göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 04 mart 2024cü il tarixli, EQ/ seriyalı 19789363 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 22 iyun 2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda X5 “Kia Rio minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Xətai rayonu, Xudu Məmmədov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandırması göstərilsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, mütəxəssislər tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və qeyd edilən ünvanda mövcud olan avtobus dayanacaq pavilyonunun nəqliyyat infrastrukturu nəzərə alınmaqla avtobusların marşrut xətləri ilə uzlaşmadığı tərəflərindən müəyyən olunmuşdur. Bu səbəbdən göstərilən ünvanda mövcud avtobus dayanacaq pavilyonunun ərazidən demontaj olunaraq götürülməsi və sərnişin tələbatı yüksək olan başqa məkanda quraşdırılması qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində 04 mart 2024-cü il tarixli, EQ/ seriyalı 19789363 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 22 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 04 mart 2024-cü il tarixli, EQ/ seriyalı 19789363 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 22 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 04 mart 2024-cü il tarixli, EQ/ seriyalı 19789363 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 22 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar