Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2675/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi ilə X2 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə qərarlardan və digər inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə qərarların və digər inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara görə X2 verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətçi ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair bir şikayət ərizəsi ilə müraciət etmiş və bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə bir ərizə ilə baxılması mümkün deyil. Həmçinin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə belə hesab edir ki, X2 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə qərarlardan və digər inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli, 22 sentyabr 2019-cu il tarixli EQ seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə qərarlardan və digər inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X3 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2675/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2675/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver