Məhkəmə qərarları › İş №3(011)-2676/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2676/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2676/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, 20 mart 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, 20 mart 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Hyundai i 30” markalı, **-RV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi xidməti kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə ona ünvan 1 ünvanında onun barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən, İXP ******* nömrəli protokol üzrə 3 bal olmaqla 100 manat məbləğində cərimə yazılmışdır. O, yazılmış protokol ilə raqzı deyildir. Belə ki, orada aşağıdan iki zolağın birindən yuxarı tərəfə nəqliyyat vasitələri qalxır, digər üç zolaqdan isə aşağı tərəfə yenədə bir zolağa dönmə hərəkəti icra olunur. Burada yuxarıda heç bir xəbərdaredici yol nişanı quraşdırılmayıb, yerdə isə nişanlanma xətləri bir neçə dəfə üst-üstə vurulduğundan heç nə başa düşüləsi deyil. Aşağıdan qalxan nəqliyyat vasitələrini isə bir zolaqla son sağ zolağa yönləndirilmişdir. Burada fiziki olaraq demək olar ki, bütün nəqliyyat vasitələrinin 80 faizi sola ikinci zolağa dönüş edirlər. Odur ki, barəsində qəbul edilmiş TP ******* nömrəli, 23 mart 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş TP ******* nömrəli, 23 mart 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin gün bayram günü idi. Nazirlər Kabinetinin yanından yolda iki zolaq var birinci yolda üç zolaq qoyulub, qalxan zolaqda isə heç bir nişan qoyulmayıbdır. Aşağıdan isə qırıq-qırıq xət qoyulub ki, orada heç cür mümkün deyil ki, ordan fiziki olaraq sağa dönəsən, məcbursan ki, yola çıxasan, üçüncü zolaqda isə qırıq-qırıq xət qoyublar ki, ordan keçib dönəsən. Yuxarıdan düşən yolda üç xətt ediblər. Gələndə məcbur bir xətdən keçir gedəndə. Yuxarı yolda heç bir xəbərdaredici yol nişanı quraşdırılmayıb, yerdə isə nişanlanma xətləri bir neçə dəfə üst-üstə vurulduğundan heç nə başa düşmək mümkün deyildir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, 20 mart 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 20 mart 2025-ci il tarixdə, saat 14:00-da «HUNDAİ İ30» minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, 20 mart 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, 20 mart 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar