Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2687/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X2 və etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndələri Nümayəndə və X4 iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X5 tərəfindən Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271ci maddələri ilə tərtib olunmuş 27 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs MTK tərəfindən Xətai rayonu, İ.İsmayılov, ev 56T ünvanında yerləşən binanın qarşısında boş sahədə qarışıq növ tullantıların qalaqlanması və orada olan yaşıllıqları mühafizə tədbirlərinin görülməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 11 saylı RETSİ tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuzdur və həmin protokol üzrə Şəxs MTK-nın barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda tərəflərindən Xətai rayonu, İ.İsmayılov, ev 56T ünvanında yerləşən binanın qarşısında boş sahədə qarışıq növ tullantıları qalaqlamaları və orada olan yaşıllıqları mühafizə tədbirlərini görməmələri qeyd edilsə də, həmin ərazi ümumiyyətlə hüquqi şəxsə aid olmamışdır. Məhkəməyə təqdim olunan çıxarışdan da məlum olduğu kimi həmin ərazi X1 mülkiyyətindədir. Şəxs MTK tərəfindən həmin ünvanda yerləşən 0.8274 ha torpaq sahəsinin 0.17 ha hissəsi icarəyə götürülmüş və həmin hissəsədə onlar tərəfindən tikinti aparılmışdır, lakin həmin ünvanda yerləşən torpaq sahəsinin qalaqlanma olan hissəsinin onlara heç bir aidiyyəti yoxdur, onlar tərəfindən həmin sahəyə heç bir tullantı atılmamışdır və həmin hissə onlar tərəfindən istifadə üçün götürülməmişdir. Həmçinin həmin ərazidə onlar tərəfindən heç bir tikinti aparılmışdır və o sahə üçün onlar heç bir məsuliyyət daşımırlar. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkillərdə olan ağaclar da məhz həmin ərazidə yerləşir, o ağaclara görə də məsuliyyət onların üzərinə düşmür. Beləliklə o, qeyd olunanları nəzərə alaraq Şəxs MTKnın barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi X6 izahatında Nümayəndə göstərdiyi xüsusatları təsdiqləyərək barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X5 izahatında 27 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MTK tərəfindən Xətai rayonu, İ.İsmayılov, ev 56T ünvanında yerləşən binanın qarşısında boş sahədə qarışıq növ tullantıların qalaqlanması və orada olan yaşıllıqları mühafizə tədbirlərinin görülməməsi faktı müəyyən edilmiş və bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq o, Şəxs MTK-nın barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq o bildirmişdir ki, həmin sahədə qalaqlanmanın sırf Şəxs MTK tərəfindən edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MTK-nın barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X5 tərəfindən tərtib olunmuş 27 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs MTK tərəfindən Xətai rayonu, İ.İsmayılov, ev 56T ünvanında yerləşən binanın qarşısında boş sahədə qarışıq növ tullantıların qalaqlanması və orada olan yaşıllıqları mühafizə tədbirlərinin görülməməsi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 may 2024-cü il tarixli, 174 nömrəli aktından görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ünvan 1 ünvanında yaşayan Zərifə Novruzlu tərəfindən Şəxs MTK tərəfindən gələcəkdə tikinti aparmaq məqsədilə ağacların qəsdən qurudulması barədə daxil olan eyni məzmunlu müraciətlər tərəflərindən araşdırılmışdır. Araşdırmada iştirak edən şikayətçilər Z.Novruzlu və A.Hüseynov yazılı izahat verərək binaların qarşısındakı hasara alınmış ərazidə olan yaşıllıqlara qulluq göstərilmədiyini, gələcəkdə tikinti aparılması məqsədilə ağacların qəsdən qurudulduğunu, eləcə də əraziyə müxtəlif növ tullantıların atılması səbəbindən torpağın çirkləndiyini bildirmişlər. Vətəndaşların şikayəti ilə əlaqədar Şəxs MTK-nın nümayəndəsi araşdırmaya dəvət olunmuş, özlərini nümayəndə kimi təqdim edən mühafizəçi X9 və binanın əvvəlki sədri X6 yazılı izahat verərək ərazidəki yaşıllıqlara aqrotexniki xidmət göstərildiyini, yeni yaşıllıqlar salındığını, hasarın daxilində olan tullantıların isə təmir işləri zamanı bina sakinləri tərəfindən atıldığını bildirmişdir. Tərəflərindən həmin əraziyə keçirilən baxış zamanı təxminən 0.2 ha hasarlanmış sahəyə müxtəlif növ qarşıq (təkər, tikinti söküntü, taxta, kərpic qalıqları, asfalt qırıntıları və s.) tullantıların illər ərzində atılaraq qalaqlanması müəyyən edilmişdir. XKEM əməkdaşları tərəfindən ərazidə olan ağacların kökətrafından götürülən torpaq analiz nəticələrinə əsasən hər hansı kənar kimyəvi müdaxilənin olmadığı, 2 ədəd şam ağacının təbii amillərdən (atmosfer çöküntüləri və aqrotexniki qulluq göstərilmədiyindən quruduğu ehtimal edilmişdir. Araşdırma müddətində sözügedən ərazidə olan həyətin sol tərəfində dm=30 sm və 42 sm olan 2 ədəd quru, dm=44 sm olan bir kök iki gövdəli, 1 ədəd zeytun sağ tərəfində yaş köküstə dm=34, 38, 44, 46, 48, 52, 56, 64 sm olan 09 ədəd şam və dm=44 və 64 sm olan 02 ədəd quru şam ağacının olduğu ağacların kökətrafının taxta mənşəli materiallarla əhatə olunduğu yaşıllıqlara aqrotexniki qulluq göstərilmədiyi və yaşıllıqların mühafizə tədbirlərinin görülmədiyi müəyyən edilmişdir. Araşdırma nəticəsində Şəxs tərəfindən tullantılar haqqında qanunun 11 və 12-ci maddələrinin “Yaşıllıqların mühafizəsi haqqında! Qanunun 10-cu maddəsinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında yerləşən binanın qarşısında boş sahədə qarışıq növ tullantılar qalaqlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən müəssisə X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.8274 ha torpaq sahəsinin 0.17 ha hissəsi Şəxs MTKnın xeyrinə yüklü edilmişdir. Torpaq sahəsi ümumilikdə X1 xüsusi mülkiyyətindədir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını dinləyib, habelə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, hüquqi şəxs Şəxs MTK-nın barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə -vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X5 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MTK tərəfindən Xətai rayonu, İ.İsmayılov, ev 56T ünvanında yerləşən binanın qarşısında boş sahədə qarışıq növ tullantıların qalaqlanması və orada olan yaşıllıqları mühafizə tədbirlərinin görülməməsi əsas gətirilərək Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələri ilə 27 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda xx.xx.2024-cü il tarixdə Şəxs MTK tərəfindən Xətai rayonu, İ.İsmayılov, ev 56T ünvanında yerləşən binanın qarşısında boş sahədə qarışıq növ tullantıların qalaqlanması və orada olan yaşıllıqları mühafizə tədbirlərinin görülməməsi qeyd edilsə də, hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən müəssisə Şəxs MTK-nın deyil, məhz X1 xüsusi mülkiyyətindədir. Həmçinin çıxarışdan göründüyü kimi torpaq sahəsi (0.8274 ha) ümumilikdə X1 xüsusi mülkiyyətindədir və onun bir hissəsi, yəni 0.17 ha hissəsi Şəxs MTK-nın xeyrinə yüklü edilmişdir. Bu hal da özlüyündə Şəxs MTK-nin nümayəndəsinin izahatında göstərdiyi halları təsdiq edir. Həmin ünvanda yerləşən 0.8274 ha torpaq sahəsi tam olaraq onların istifadəsində, sahibliyində deyil. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MTK-nın yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasnı, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsini, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasını, həmçinin qalaqlanmanın və ağacların yerləşdiyi ərazinin Şəxs MTK-ya aid olmasını, bundan əlavə qalaqlanmanın sırf Şəxs MTK tərəfindən törədilməsini, həmçinin həmin ərazidə olan yaşıllıqlara mühafizə tədbirlərinin görülməsini Şəxs MTK həyata keçirməli olmasını təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs MTK-nın barəsində əsassız olaraq 27 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MTK tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MTKnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 53, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2687/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2687/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver