Məhkəmə qərarları › İş №3(011)-2688/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2688/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2688/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Xətai rayon Bələdiyyəsinin 08 fevral 2023-cü il tarixli inzibati aktının ləğv edilməsinə dair X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyənetdi: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai rayon Bələdiyyəsinin 08 fevral 2023cü il tarixli inzibati aktının ləğv edilməsini və Xətai rayon Bələdiyyəsinin əməkdaşları barədə hüquqi tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, Xətai rayon Bələdiyyəsinin 08 fevral 2023-cü il tarixli inzibati aktının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən qeyd edilmiş hallar üzrə şikayət məhkəmə aidiyatı üzrə düzgün verilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Xətai rayon Bələdiyyəsinin 08 fevral 2023-cü il tarixli inzibati aktının ləğv edilməsinə dair X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar