Məhkəmə qərarları › İş №3(011)-2690/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2690/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2690/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X10 iclas katibliyi, X1 və vəkili X5 iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi RPİ-nin X29 Şöbəsinin 21.06.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət X26 21.06.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 12 fevral 2021-ci il tarixində Nəsimi RPİ, DYPŞ-in baş inspektoru X12 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanı tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yek avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və l.ll üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati xətasını törətməkdə təqsirli bilinərək İnzibati Xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokol əsasında isə barəsində 22.02.2021-ci il tarixli, İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar tərtib olunmuş, 60 (altmış) manat məbləğində cərimə tətbiq olunmuşdur. Buna səbəb kimi isə, guya ona məxsus “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozulması qeyd olunmuşdur. Barəsində əsassız olaraq 22.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar tərtib olunmuşdur. Belə ki, 12 fevral 2021-ci il tarixində V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində ona məxsus “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yolun solunda (enişdən-yoxuşa düşən istiqamətdə) hərəkətdə olan avtomobillərin hərəkətdə olmasına nəzarət edərkən yolun sağında (yoxuşdan-enişə qalxan istiqamətdə) hərəkətdə olan “Mercedes-Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, onu idarə etdiyi “BMW' 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “Mercedes- Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin vaxt yoxuşdanenişə doğru istiqamətdə olduğu halda yol ayrıcına çatmadan sola dönmə manevrini etmək üçün əks istqamətə yəni enişdən-yoxuşa doğru olan istiqamətdə hərəkət edərək sola dönmə manevri etmək istədiyində məhz onun idarə etdiyi “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə toqquşmuşdur. Beləliklə, “Mercedes-Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol ayrıcına daxil olma qaydasını kobud surətdə pozaraq onun avtomobilinə xeyli miqdarda ziyan vurmuşdur. 12.02.2021-ci il tarixində V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində “Mercedes-Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsi “Yol hərəkətləri haqqında” Qanuna riayət etmədən hərəkətdə olduğu yolun əks istiqamətinə çıxaraq yolayrıcına çatmadan yolu keçməyə cəhd etmiş və nəticədə qəza baş vermişdir. Belə ki, hadisənin baş verməsi zamanı lentə alınmış video-çəkilişlərdəndə göründüyü kimi, “Mercedes-Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsi yolun əks istiqamətində hərəkət etmiş və yol ayrıcına çatdıqdan sonra sola dönməli olduğu halda, yol ayrıcına çatmadan onun yoluna çıxaraq yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. X13 verdiyi izahatında ona məxsus “Mercedes-Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin M.Qaşqay küçəsi ilə üzü Bakıxanov istiqamətində hərəkət etdirdiyi qeyd olunub. Buradan da belə nəticəyə gəlinir ki, X16 idarə etdiyi “Mercedes- Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakıxanov istiqamətinə dönməsi üçün hərəkətdə olduğu yolun əks istiqaməti ilə hərəkətini davam etdirmiş, yolayrıcına çatmamış dönmüş və yol hərəkəti qaydasını pozmuşdur. Beləki, hadisənin digər iştirakçısı X16 idarə etdiyi “Mercedes-Benz" markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolayrıcına çataraq Bakıxanov istiqamətində hərəkətini davam etdirmiş olsaydı sözü gedən qəza baş verməmiş olardı. Barəsində əsassız olaraq tərtib olunmuş 22.02.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsi üçün tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Tərəfindən verilmiş şikayət əsasında sözü gedən qərar ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı şəhər Nəsimi Rayon X9ytarılmışdır. Belə ki, Xətai Rayon Məhkəməsinin 3(011)-1722/2021 saylı, 30.04.2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozulmasına dair 60 (altmış) manat məbləğində cərimənin tətbiq olunması barədə 12.02.2021-ci il tarixli, AP № ******* saylı protokolun əsasında 22.02.2021-ci il tarixli qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, protokola baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmamış, izahatı alınmamışdır. Məhz buna görə də 22.02.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv edilmiş və məsələnin araşdırılması üçün yenidən Bakı şəhəri Nəsimi Rayon X9ytarılmışdır. Araşdırılma vaxtı da o, aktiv şəkildə prosesdə iştirak etmiş, hətta hadisənin baş verməsi səbəbi, təqsirli şəxsin müəyyən edilməsi məqsədilə avtotexniki ekspertizanın keçirilməsinin zəruriliyini də bildirmişdir. Həmçinin, inzibati xətaya dair işin hərtərəfli, obyektiv araşdırılması üçün sözü gedən işin Nəsimi RPİ, DYPŞ-in baş inspektoru X6 alınaraq baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin X30 İdarəsinin digər inspektoruna həvalə edilməsini xahiş etdiyindən iş başqa inspektorun səlahiyyətinə verilmişdir. Lakin yeni inspektor tərəfindən də iş hərtərəfli dərindən araşdırılmadan qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etməyinin səbəbindən Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsi sözü gedən inzibati xətaya dair işdə qərəzli mövqedə durmuşdur. Bu məhkəmə tərəfindən qərarın ləğv edilməsindən sonra yenidən barəsində başqa bir qərarın qəbul edilməsində özünü aydın şəkildə göstərir. Əgər iş yenidən hərtərəfli araşdırılsaydı sözü gedən absurd qərar qəbul olunmazdı. O, sözügedən inzibati xətaya dair hər hansı bir hüquq pozuntusuna yol vermədiyi halda Bakı şəhəri Nəsimi Rayon Dövlət X26 əməkdaşı tərəfindən barəsində yeni qərarın qəbul edilməsi onun hüquqlarını kobud surətdə pozur. Odur ki, 21.06.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında № ******* saylı qərar Bakı şəhəri Nəsimi Rayon X30 Şöbəsi tərəfindən qərəzli olaraq qəbul olunmuşdur. Məhz bu səbəbdən qanunun tələblərinə uyğun olmadan, heç bir əsas olmadan barəsində tərtib olunmuş 21.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında № ******* saylı qərar tamamilə ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin 3(011)-1722/2021 saylı 30.04.2021-ci il tarixli qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, Nəsimi Rayon X30 Şöbəsi tərəfindən yeni qərar qəbul edilərkən, onun iştirakı yeni araşdırma zamanı təmin edilməmiş, izahatı alınmamış, ekspertiza keçirilməsi barədə polisə vəsatət vermiş, lakin həmin vəsatətə heç bir cavab verilməmişdir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın yenidən ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X1 vəkili X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, ümumiyyətlə heç bir qayda pozuntusuna yol verilməmiş, Nəsimi Rayon X29 əməkdaşı tərəfindən şikayətçi barəsində qanunsuz və əsassız olaraq protokol tərtib edilmişdir. Odur ki o, Nəsimi Rayon X30 Şöbəsi tərəfindən tərtib olunmuş 21.06.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X26 baş inspektoru polis kapitanı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 21.06.2021-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, X15 12 fevral 2021-ci il tarixində idarə etdiyi “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı avtomobillə V.Plotnikov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində hərəkətdə olarkən “X22” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İİİ-cü hissəsinin tələbini pozaraq nizamlanmayan yol ayrıcına daxil olarkən özündən sağda hərəkətdə olan “Mercedes-Benz” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, bu səbəbdən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1722/2021 saylı 30.04.2021-ci il tarixli qərarından görünür ki, X11 şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Dövlət X26 polis kapitanı Rəşad Süleymanov tərəfindən qəbul edilmiş 22.02.2021ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon X9ytarılmışdır. İş materiallarında olan avtotexniki ekspertizanın keçirilməsinə dair vəsatətdən görünür ki, X4 Rayon Polis İdarəsinə vəsatətlə müraciət etmiş, onun vəsatəti 21 iyun 2021-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda S.Əliyevin yolayrıcını keçmə qaydalarını pozduğu göstərilmiş və o, İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə qərara əsasən S.Əliyev nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X26 baş inspektoru polis kapitanı X8 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 21.06.2021-ci il tarixli, ******* nömrəli qərara əsasən X11 “BMW 528” markalı, YR 100 AZ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğu əsas gətirilərək İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X15 yolayrıcını keçmə qaydalarını pozmadığını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 1722/2021 saylı 30.04.2021-ci il tarixli qərarında göstərilən xüsusatlar araşdırılmadan və iş üzrə sübut əhəmiyyətinə malik olan sənədlər təqdim olunmadan, qərar qəbul edilərkən X11 iştirakı təmin edilmədən, onun iştirakı ilə videogörüntü və yolda çəkilmiş xəttin pozulub-pozulmaması araşdırılmadan X11 barəsində 21.06.2021-ci il tarixli, ******* saylı yeni inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 21.06.2021-ci il tarixli, ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X15 barəsində 21 iyun 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X3nun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə yeni qərar qəbul edilərkən X11 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan yeni 21 iyun 2021-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. X3 tərəfindən verilmiş ekspertiza keçirilməsi barədə 21 iyun 2021-ci il tarixli vəsatətə heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X11 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X26 21 iyun 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X11 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X26 21 iyun 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar