Məhkəmə qərarları › İş №3(011)-2690/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2690/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2690/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndələri X4 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239, 253- 1.4, 266.2 və 271-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında Şəxs MMC-nin tikinti sahəsində xx.xx.2024-cü il tarixdə yaşıllıqların mühafizə tədbirlərinin görülməməsi, ətraf mühitə təsiri ilə bağlı uçot hesabatlarının aparılmaması və təqdim edilməməsi, tullantı emalı yerlərinin müəyyənləşdirilməməsi və tullantıların qalaqlanması aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 239, 253-1.4, 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflərindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında Şəxs MMC-nin tikinti sahəsində xx.xx.2024-cü il tarixdə yaşıllıqların mühafizə tədbirlərinin görülməməsi, ətraf mühitə təsiri ilə bağlı uçot hesabatlarının aparılmaması və təqdim edilməməsi, tullantı emalı yerlərinin müəyyənləşdirilməməsi və tullantıların qalaqlanması faktı müəyyən edilmiş və bununlada hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239, 253- 1.4, 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq o, Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında tikinti sahəsində xx.xx.2024-cü il tarixdə yaşıllıqların mühafizə tədbirlərinin görülməməsi, ətraf mühitə təsiri ilə bağlı uçot hesabatlarının aparılmaması və təqdim edilməməsi, tullantı emalı yerlərinin müəyyənləşdirilməməsi və tullantıların qalaqlanması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 239, 253-1.4, 266.2 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 may 2024-cü il tarixli, 85205 nömrəli aktından məlum olur ki, Bakı şəhəri, Xətai rayonu ərazisində “X9 haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikası qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət olunması ilə əlaqədar xx.xx.2024-cü il tarixində monitorinq keçirilmişdir. Monitorinq zamanı Xətai rayonu, Xocalı prospekti, 1181ci məhəllə ünvanında Şəxs MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının tikinti ərazisinə baxış keçirilərkən kənarda olan 01 ədəd ağacın (dm=36 sm) kökətrafı hissələrinin açıldığı (qazıldığı), tikinti qazıntı işləri zamanı ağacın mühafizəsi tədbirlərinin görülmədiyi, hər an aşma və ya məhv olma təhlükəsi ilə üz üzə qaldığı, bundan əlavə tikinti söküntü tullantılarının bünövrə qazıntısının olduğu hissəyə atıldığı, tullantıların saxlanma, yerləşdirilmə və emalı yerlərinin müəyyənləşdirilmədiyi, həmçinin tullantıların qalaqlandığı aşkar edilmişdir. Araşdırma ilə əlaqədar Şəxs MMC-yə xx.xx.2024-cü il tarixli dəvət məktubu göndərilərək xx.xx.2024-cü il tarixində İdarəyə dəvət edilmiş, MMC-nin nümayəndəsi Mirkamil Əlizadə adlı şəxs telefon vasitəsilə xx.xx.2024-cü il tarixində nümayəndələrinin gələcəyini bildirmiş, lakin MMC tərəfindən heç bir nümayəndə İdarəyə gəlməmiş və məktubda qeyd edilənlər ilə bağlı heç bir rəsmi məktub göndərilməmişdir. Araşdırma müddətində Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəlləünvanınd çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə X7 Agentliyinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinin verildiyi, lakin rəydə qeyd edilən “icrası zəruri olan tələblər” bölməsindəki bəndlərin yerinə yetirilmədiyi, yəni başladığı müddətdən bu günə qədər MMC tərəfindən 2022-2023-cü illər üzrə tikinti monitorinqinin və ya tikinti fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamış, illik hesabatlar təqdim edilməmiş, müəssisənin fəaliyyəti zamanı ətraf mühitə atılan tullantılara görə qanunvericiliklə müəyyən edilmiş ödənişinin X9 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən “X9 haqqında” Azərbaycan Respublikası Qanununun 13, 18, 24, 30 və 31-ci maddələrinin, “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10 və 13-cü maddələrinin, “Tullantılar haqqında” Qanunun 9, 10, 11 və 13-cü maddələrinin tələblərinin pozulduğu, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 122 saylı Qanununun, 2005-ci il 21 aprel 74 nömrəli Qanunun tələblərinə əməl olunmadığı müəyyən olunmuşdur. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən yaşıllıqların mühafizəsi tədbirləri görülməmiş və tullantılar qalaqlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 253-1.4-cü maddələrinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X9 tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında tikinti sahəsində xx.xx.2024-cü il tarixdə yaşıllıqların mühafizə tədbirlərinin görülməməsi, ətraf mühitə təsiri ilə bağlı uçot hesabatlarının aparılmaması və təqdim edilməməsi, tullantı emalı yerlərinin müəyyənləşdirilməməsi və tullantıların qalaqlanması faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 239, 253-1.4, 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239, 253- 1.4, 266.2 və 271-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239, 253-1.4, 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 266.2-ci maddəsi ilə 10000 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar