Məhkəmə qərarları › İş №3(011)-2697/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2697/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2697/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, Hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 21 iyun 2022-ci il tarixli, 00100- 1245/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasından 42800920, 43185131, 42332478, 54585971, 54549845, 54511555, 54512884, 44113546 nömrəli vaqonlara daxil olmuş mallar **********1241 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə, 54518410, 54527668, 42449785, 42245886, 54794235, 42322172, 54556899, 54547104 nömrəli vaqonlarla daxil olmuş mallar **********1387 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannəməsi ilə, 42343830, 44202729, 54538038, 42021162, 54463328, 42343731 nömrəli vaqonlarla daxil olmuş mallar **********1336 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə, 54781257, 54559497, 42375436, 54543145, 42215749, 42314625 nömrəli vaqonlarla daxil olmuş mallar **********1250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş mallar digər gömrük proseduranda rəsmiləşdirilməsi “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilməmişdir. Bununla da, hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd ay) pozulmuşdur. Nəticədə hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyətinin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyətinin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin böyük təhqiqatçısı gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş 21 iyun 2022-ci il tarixli, 00100-1245/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Rusiya Federasiyasından 42800920, 43185131, 42332478, 54585971, 54549845, 54511555, 54512884, 44113546 nömrəli vaqonlara daxil olmuş mallar **********1241 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi ilə, 54518410, 54527668, 42449785, 42245886, 54794235, 42322172, 54556899, 54547104 nömrəli vaqonlarla daxil olmuş mallar **********1387 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannəməsi ilə, 42343830, 44202729, 54538038, 42021162, 54463328, 42343731 nömrəli vaqonlarla daxil olmuş mallar **********1336 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə, 54781257, 54559497, 42375436, 54543145, 42215749, 42314625 nömrəli vaqonlarla daxil olmuş mallar **********1250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş mallar digər gömrük proseduranda rəsmiləşdirilməsi “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin edilməmişdir. Bununla da, hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd ay) pozulmuşdur. Nəticədə hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sangaçal D/Y Stansiyası ünvanına baxışı keçirildikdə “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli **********1241, **********1387, **********1336 və **********1250 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduranda yerləşdirilmiş sözügedən malların göstərilən ünvanda toxunulmadan saxlanıldığı müəyyən edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin böyük təhqiqatçısı gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş 21 iyun 2022-ci il tarixli, 00100-1245/22 saylı protokoldan görünür ki, İXM-nin 496.1ci maddəsi ilə təqsirləndirilən “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1-sual edilmiş və həmin aparılan sorğusual zamanı o, etibarnamə üzrə nümayəndə tərəfindən inzibati xətanın törədilməsini etiraf edərək bildirmişdir ki, şirkətdə yaranmış maliyyə problemləri ilə əlaqədar olaraq həmin malların rəsmiləşdirilməsi MMC tərəfindən təmin edilməmiş, **********1241, **********1387, **********1336 sorğu nömrəli və **********1250, xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş sözügedən mallar Sanqaçal D/Y Stansiyası ünvanında toxunulmadan saxlanılır, həmin mallar tezliklə qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətindədilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış mallar heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “X7 Sanayi və Ticaret A.Ş.X5 KZ LLP Joint Venture” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar