Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2699/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bqrosunun vəkili X1, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Laçın rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq narkotik vasitələ və psixotrop maddələrdən istifadə etməsi göstərilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istehlakında şübhəli olduğuna görə yaxınlaşan polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:15-23:30 radələrində Səmədbəy Mehmandarov küçəsində hərəkətdə olan zaman DYP əməkdaşları tərəfindən saxlanılmış və alkotester vasitəsilə sərxoşluq vəziyyəti yoxlanıldıqdan sonra yaşadığı evin istiqamətində hərəkət etmişdir. evə çatan zaman maşını parkladığı zaman 2 nəfər mülki geyimli şəxs onun qabağını kəsmişlər və avtomobildən düşməsini tələb etmişlər. Saat gec olduğundan və həmin şəxsləri tanımadığından maşından düşməyə tərəddüt etmişdir. Həmin vaxt ona bildirmişlər ki, guya o, polisə tabesizlik göstərmişdir. Daha sonra qonşusunun yaxınlaşdığını görmüş və ondan cəsarət alaraq maşının şüşəsini aşağı endirmişdir. Şüşəni endirən kimi polis əməkdaşları əllərini içəri salmışlar və biri qabaqda, digəri isə arxada əyləşmişlər. Bundan sonra ona bildirmişlər ki, DYP-nin əməkdaşlarına tabesizlik göstərmiş və üzərində müəyyən əşyalar vardır. O isə öz növbəsində demişdir ki, üzərində axtarış edə bilərlər. Bundan əlavə o, heç vaxt marixuana istifadə etməmişdir. Sadəcə olaraq 2024-cü ilin oktyabr ayında, dostları tərəfindən Avropadan gətirilmiş kenevir yağından istifadə etmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 inzibati xəta haqqında protokollara etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokollar tərtib olunduğunu, odur ki Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru X6 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:35 radəiərində Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində Xətai rayonu, Neapol küçəsində yerləsən “Kioskdan” su almaq üçün yaxınlaşan zaman 01 (bir) nəfər şəxsin həmin kioksdən marixuana adlanan narkotik vasitənin istifadəsində istifadə olunan kağızı, falqanı aldığını görüb həmin şəxsin idarə etdiyi “Nissan Xtrail” markalı **-SY-*** d.q.n-lı avtomobilinin arxasınca getmişlər. Həmin şəxs Xətai rayonu, G.S.Mehmandarov küçəsində saxlanılan zaman onlara qarşı tabesizlik göstərərək təxminən 15 dəqiqə ərzində avtomobildən düşməkdən imtina etmiş, onlara hər cür hədə qorxu gəlmişdir, onların qanuni tələblərinə məhəl qoymamışdır. Onlar avtomobilə yaxınlaşarkən vəsiqələrini Şəxs göstərmişlər. Şəxs onlara heç bir əhəmiyyət verməmişdir. Həmçinin həmin vaxt onlar xidməti avtomobildə olmuşlar, Şəxs onların polis əməkdaşları olmasını bilməməsi yalandır. Daha sonra bölməyə gedərkən yolda hərəkətdə olan zaman o, pəncərəni açmış və ona pəncərəni bağlamasını bildirdikdə cibində olanları çıxarıb çölə atmışdır. Maşından düşdükdən sonra o, yenidən tabesizlik göstərmiş, onların qanuni göstərişlərinə məhəl qoymamış, müqavimət göstərmişdir. 34-cü Polis Şöbəsində onun hərəkətlərindən və davranışından şübhələndikləri üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparmışlar və həmin şəxsin müayinə nəticəsində marixuanadan istifadə etməsi aşkar olunmuş və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili X8 izahatında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru X4 dediklərinə uyğun izahat verərək onun dediklərini təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 14 aprel 2025-ci il tarixli, 1193 saylı aktdan görünür ki, Şəxs sidiyində THC (marixuana) narkotik vasitə aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 13 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 00:15-də tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istehlakında şübhəli olduğuna görə yaxınlaşan polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 14 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs qanunsuz olaraq narkotik vasitələ və psixotrop maddələrdən istifadə etmişdir; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X10 vardır. Məhkəmə, tərəflərin və şahidlərin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsinə, narkotik vasitələrdən istifadə etməməsinə və polis əməkdaşlarına qarşı tabesizlik göstərməməsinə dair izahatına tənqidi yanaşır və şəxsin özünü müdafiə etmək üçün verdiyi izahat kimi qiymətləndirir. Belə ki, şahidlərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd etdiyi xüsusatlar təkzib olunur. Məhkəmə iclasında izahatları alınmış hər iki şahid bildirmişlər ki, Şəxs yaxınlaşan zaman xidməti vəsiqələrini ona təqdim etmişlər, həmçinin həmin vaxt onlar xidməti avtomobildə olmuşlar. Məhkəmə, şahidlərin bilə-bilə yalan izahat verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə onların izahatları arasında hər hansı ziddiyət olmamasını nəzərə alaraq şahidlərin izahatlarının daha mötəbər olmasına inanır. Bundan əlavə, məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında narkotik vasitə olan marixuana istifadə etmədiyini, kenevir adlı yağdan istifadə etdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 14 aprel 2025-ci il tarixli, 1193 saylı aktın nəticəsinə əsasən onun narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs izahatında 2024-cü ilin oktyabr ayında, dostları tərəfindən Avropadan gətirilmiş kenevir yağından istifadə etməsini qeyd etmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, 2024-cü ilin oktyabr ayında istifadə edilmiş kenevir yağının qalıqlarının 14 aprel 2025-ci il tarixdə (06 ay sonra) ekspertiza vasitəsi ilə Şəxs biomaterialında aşkarlanması qeyri-mümkündür. Bu hal bir daha Şəxs məhkəmə iclasında verdiyi izahatının qeyri-səmimi olduğuna və inzibati məsuliyyətdən yayınmaq üçün verildiyinə dəlalət edir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı övladının olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 00:15-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 00:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2699/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2699/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver