Məhkəmə qərarları › İş №3(011)-2704/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2704/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2704/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X5 Siyəzən Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02 iyun 2021-cı il tarixdə Siyəzən şəhəri Heydər Əliyev prospekti 204 istiqamətində idarə etdiyi Nissan Sanny 10PK397 dövlət nömrə nişanlı avtomobil ilə hərəkət edərkən saat 12:10 radələrində Siyəzən şəhəri DYPİ YPX inspektoru polis kapitanı Dilşəm Məmmədov onu saxlamış və barəsində İXM 327.2 maddəsiylə İXP ******* saylı protokol tərtib etmişdir, lakin protokolun nüsxəsi ona təqdim edilməmişdir. İnspektor protokolda onun Heydər Əliyev prospekti 204-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatının pozulması qaydalarını pozmağını və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu inzibati xətaya görə məsuliyyət müəyyən etmişdir. Protokolun tərtib olunmasına etiraz etsə də, heç bir qayda pozmadığını bildirsə də, inspektor bununla razılaşmamış və vizual baxışla onun qayda pozuntusunu təyin edərək barəsində inzibati protokol tərtib etmişdir. Onun nəqliyyat vasitəsində quraşdırılan vidoqeydiyyatçının görüntülərinə əsaslanaraq bildirmişdir ki, barəsində qərara alınmış və tərtib edilmiş protokol tam olaraq əsassızdır və həqiqəti eks etdirmir. Protokola etirazını onlayn müraciətlə videogörüntü ilə birlikdə bildirmiş olduğu üçün şikayətinə 05 iyun 2021 ildə Siyəzən şəhəri DYPİ-də baxılmasına göndərilmişdir. Siyəzən şəhəri DYPİ əməkdaşı İlkin bəy adlı şəxs tərəfindən zəng olunaraq bu məsələ müzakirə olunmuşdur və video qeydiyyatçının görüntülərini ona göndərilməsi xahiş olunmuşdur. Aparılan danışıqlar zamanı bu məsələyə dair araşdırılma aparılacağı və nəticəsi barədə ona məlumat verilməsi söylənilməsi deyilsə də əfsuslar olsun hec bir məlumat günün bu gününədək təqdim edilməmişdir. Öz təşəbbüsü ilə 08 iyul 2021-ci ildə Xırdalan DYPİ ilə əlaqə saxlayaraq bu məsələnin və aparılan araşdırmaların nə yerdə olduğunu maraqlandı və məlum oldu ki, heç bir qanuni əsas göstərmədən, heç bir videogörüntü izlənilməsi aparılmadan, törətmiş olduğu inzibati xətanı sübuta yetirmədən, ən əsası inzibati araşdırma prosesində iştirakını təmin etmədən barəsində tərtib olunmuş protokolun əsaslı olması və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat (3 bal) məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Siyəzən Rayonu Dövlət X11 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında X4 Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 02.06.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən X6 02.06.2021-ci il tarixdə saat 12:20 radələrində Siyəzən şəhəri Heydər Əliyev prospekti 204-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Bununla bağlı Siyəzən rayonu Yol Patrul Xidməti baş inspektoru Dilşən Məmmədov tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol qəbul edilmişdir. İş materiallarında olan Siyəzən rayonu Yol Patrul Xidməti baş inspektoru Dilşən Məmmədov tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. X2 tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə iclasında elektron daşıyıcıda təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş və məlum olmuşdur ki, X6 əks istiqamətli hərəkət zolağına çıxmamış, VAZ 2107 markalı avtomobil sağa çəkilmiş və X6 həmin avtomobilin yanından keçib getmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Siyəzən rayonu Yol Patrul Xidməti əməkdaşı X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə qərar qəbul edərkən onun əməlində inzibati xəta hadisəsinin olubolmaması araşdırılmamış, heç bir araşdırma aparılmadan, sübut təqdim edilmədən, videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirilmədən formal olaraq inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar heç bir sübuta istinad edilmədən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli, onun barəsində Siyəzən Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X5 şikayəti təmin edilsin. X5 barəsində Siyəzən Rayonu Dövlət X12 tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar