Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2707/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru Rauf Ağayevin iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2023-cü il tarixində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında yerləşən “Maşın bazarı” adlı yerdə 370 manat pulu talamışdır. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru Rauf Ağayev tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 25 iyul 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, hal hazırda işləmir, xx.xx.2023-cü il tarixdə saat taxmini 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı"na qonşusu Seyranın maşınını düzəltdirmək üçün getmişdir. Seyran avtomobilini təmir etdiyi müddətdə o, orada olan mağazalara baxırmış, bu zaman bazarın girişində yerdə bir ədəd pul qabı görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra gizli şəkildə həmin pul qabını götürərək cibinə qoymuş və dərhal Seyranın avtomobilinə əyləşmişdir. Bazardan çıxdıqdan sonra tək qalan zaman pul qabına baxmış və içərisində 370 manat pul, bir neçə bank kartı, sənədlər olduğunu görmüşdür. Tamah niyyəti ilə həmin pulu şəxsi istifadəsi üçün xərcləmiş, pul qabını isə yaşadığı ünvanda saxlamışdır. Bu faktı törətməkdə yalnız tamah niyyəti olmuşdur. Sənədlər və bank kartlarını isə yaşadığı ünvanda saxlamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdirlər. Əvvəllər də oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Törətdiyi əməldən səmimi peşmandır və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 15:45 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən maşın bazarına avtomobilinə çexol çəkdirmək üçün getmişdir. İşini yekunlaşdırdıqdan sonra avtomobilin qabaq işıqlarına baxan zaman əlində olan pul kisəsini və telefonunu yerə qoymuşdur. Daha sonra onları götürən zaman pul kisəsi əlindən düşmüş, bundan sonra avtomobilə əyləşmiş və hadisə yerindən 10 metr uzaqlaşmışdır. Bu zaman pul kisəsinin olmadığını aşkar etmiş və mağazaya geri qayıtmışdır. Mağazada görüntülərə baxan zaman bir nəfər boz rəngdə geyimli olan tanımadığı şəxsin avtomobilin olduğu yerdə yerə düşmüş pul kisəsini oğurladığını görmüş, daha sonra həmin şəxs ağ rəngdə olan "Ford" markalı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Vurulmuş ziyan ödənilmədiyindən Şəxs ilə barışmamış, şikayətçidir. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 34-cı PŞ-nin sahə inspektoru, polis mayoru Rauf Ağayev protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 25 iyul 2023-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru Rauf Ağayev tərəfindən tərtib edilmiş 25 iyul 2023-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında yerləşən “Maşın bazarı” adlı yerdə 370 manat pulu talamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran hal kimi bir il ərzində eyni məzmunlu inzibati xəta törətməini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əzizov X3 Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 iyul 2023-cü il tarix saat 18:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2707/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2707/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver