Məhkəmə qərarları › İş №3(011)-2723/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2723/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2723/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayətini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 3(011)-2723/2022 saylı qərarı ilə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati xəta haqqında qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarından Bakı Nəqliyyat Agentliyi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 3(103)-2451/2022 saylı qərarı ilə Bakı Nəqliyyat Agentliyinin şikayəti qismən təmin edilmiş və X1 şikayətinin təmin edilməsi və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı, həmçinin həmin məhkəmənin hazırki iş üzrə 01 avqust 2022-ci il tarixli inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2019-cu il tarixdə çıxarılmış, həmin qərardan şikayət xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli qərarından görünür ki, X1 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Kukla teatrının qarşısında xx.xx.2019-cu il tarixdə dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 (iyirmi) manat məbləğində cərimə tətbiq edilmiş və həmçinin həmin qərardan şikayət vermək hüququ izah edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli qərarı xx.xx.2019-cu il tarixdə sms vasitəsi ilə məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 57.6.1-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli qərarından şikayətin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. X3 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli qərarından şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar