Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2723/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakları ilə Hüquqi şəxs “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs “X2- Bakı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X8 və digər 2(iki) işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10861/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş e-mail vasitəsilə daxil olmuş məlumat əsasında inzibati xəta aşkar edilmişdir. Hüquqi şəxsə xəbərdarlıq məktubu göndərilmiş, bundan sonra müəyyən qisim işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmiş, lakin daha sonra X7 Xidməti tərəfindən keçirilmiş monitorinq zamanı hələ də 3 nəfərin qeyd edilmiş hallarla bağlı icbari sığortalanmasının təmin edilməməsi aşkar edilmiş və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, işçini işə götürəndə hər bir halda onun şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini işəgötürən tələb edir. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin etirazına cavab olaraq bildirmişdir ki, işçinin Fin kodunun X7 Xidməti tərəfindən göstərişdə qeyd edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu halı özü araşdırmalıdır. Qeyd edilənləri nəzərə alaraq hüquqi şəxs “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X10 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-10861/2025 nömrəli AR ƏM-nin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında Göstərişə görə “X2-Bakı” QSC-də 3 işçi barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması hallarının aşkar edilməsi göstərilmişdir. Lakin həmin tarixdə elektron sistemdə sığorta müqaviləsi olmayan işçi aşkar edilməmişdir. Daha sonra, 11 mart 2025-ci il, 3-17-5/2-22304/2025 nömrəli bildiriş ilə 01 aprel 2025-ci il saat 10:00-da inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması məqsədilə X7 Xidmətinə dəvət olunmuşdurlar. “X2-Bakı" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 Əmək Müfəttişliyi Xidmətində iştirak etmişdir. Əvəz Səfərovla görüş baş tutmuşdur. Görüş zamanı “X2-Bakı” QSC tərəfindən 3 işçi barəsində icbari sığorta müqaviləsinin bağlanmaması bildirilmiş və işçilərin fin kodu verilmişdir. Bu fin kodlarla araşdırma aparılmış və “X2-Bakı” QSC-də belə işçilərin olmadığı aşkar edilmişdir. Bu barədə Əvəz Səfərova məlumat verilmiş, bir neçə saat sonra məlumatlarda yanlışlıq olduğu və “X2- Bakı” QSC ilə bağlılığının olmadığı bildirilmişdir. xx.xx.2025-ci il tarixində X1 Əmək Müfəttişliyi Xidmətində başqa bir məsələylə bağlı iştirak edərkən Əvəz Səfərovla qarşılaşmışdır. Əvəz Səfərov fin kodların yanlış olduğunu və xx.xx.2025- cil tarixində yenidən görüş keçirilməsi ilə bağlı bildirişin göndərildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixində, saat 12:00-da baş vermiş görüşdə X8 (00XYLYM), X3 (5SWJK26), X12 (69KT8H1) ilə bağlanılmış xx.xx.2025-ci il tarixli əmək müqavilələri göstərilmiş, ancaq texniki problemlərlə bağlı sistemdən sığorta müqavilələrini götürmək mümkün olmamışdır. Bununla bağlı müddət istənilmişdir. xx.xx.2025- ci il tarixli 3-17-5/2- 32401/2025 nömrəli bildirişlə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarda göstərilən 15 (on beş) gün müddət ərzində törədilmiş hüquqpozmanın aradan qaldırılması göstərilmişdir. xx.xx.2025- ci il tarixli 3-17- 5/2-32401/2025 nömrəli bildirişi xx.xx.2025-ci ildə əldə etmişdirlər. xx.xx.2025-ci il tarixində həmin işçilərlə icbari sığorta müqaviləsi bağlanılmışdır. Bu barədə xx.xx.2025-ci ildə X7 Xidmətinə məlumat verilmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X8 və digər 2(iki) işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10861/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13 yanvar 2025-ci il tarixli və 11 mart 2025-ci il tarixli hüquqi şəxs «X2- Bakı” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı məktublardan görünür ki, inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə dəvət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10861/2025 nömrəli AR ƏM-nin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında Göstərişdən görünür ki, hüquqi şəxs «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyətindən 20 (iyirmi) gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının təmin edilməsi bildirilmiş və həmin göstəriş xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün hüquqi şəxs «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti ASC arasında X8 (00XYLYM), X3 (5SWJK26), X12 (69KT8H1) barəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır və 15 aprel 2025-ci il tarixinədək istehsalatda baş vermiş bədbəxt hadisələr (sığorta hadisələri) üzrə "xxxx" Sığorta Şirkəti ASC məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X8 və digər 2(iki) işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 10861/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməməsi faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs «X2-Bakı» QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “X2-Bakı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2723/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2723/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver