Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2724/2023 29.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru polis kapitanı İslam Cəfərov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1971-ci ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 11 iyun 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən telefon dükanından 120 manat dəyərində Samsung A50 markalı telefonu götürmüşdür. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru İslam Cəfərov tərəfindən 29 iyul 2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru İslam Cəfərov işin hallarını təsdiq edərək, bildirdi ki, X2 məxsus ünvan 3 ünvanında yerləşən dükandan vitrindən 120 manat dəyərində telefon oğurladığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, o ağır xəstədir. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs dostu ilə birlikdə onun işlətdiyi dükana gəlmişdir. Dostu telefonu təmirdən götürərkən Şəxs mağazada olan telefonu oğurlamışdır. Daha sonra o, polisə şikayət etmiş və müşahidə kameraları vasitəsi ilə onun şəxsiyyəti müəyyən edilmişdir. O bildirmişdir ki, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Buna görə də şikayəti və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı polis mayoru X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin 35-ci PB-nin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materillarında olan X3 tərətindən verilmiş ərizədən göründüyü kimi, o, Şəxs ilə barışmışdır və ona dəymiş zərər ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs ilə zərərçəkmiş şəxs X3 barışdığından, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №3(011)-2724/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2724/2023
29.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver