Məhkəmə qərarları › İş №3(011)-2726/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2726/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2726/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, tərcüməçi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ciil tarixdə saat 09:22 radələrində idarə etdiyi “Subaru Legacy” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində hərəkətdə olan zaman saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sərxoş halda idarə etmişdir. Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək içkili olmadığını, izahatı diktə ilə yazdığını və izahata imza atmağa məcbur edildiyini bildirmişdir. Bu halı təsdiq etmək üçün sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli protokolu təqdim etmiş və ayıq olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, müayinə nəticəsində Şəxs alkoqol qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. O, protokolda spirtli pivə qəbul etdiyini və həkimə getməyə ehtiyacı olmadığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alkotesterin göstəricisindən görünür ki, həmin gün saat 09:18-də müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyası 0,440 promilli müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli protokol təqdim edərək sərxoş olmadığını bildirsə də sonuncunun təqdim etdiyi həmin protokoldan yoxlamanın saat 13:20-də keçirildiyi görünür. Lakin inzibati xəta haqqında protokoldan və YPX inspektoru tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan hadisənin həmin gün saat 09:20-də baş verməsi müəyyən edilmişdir. Yuxarıda istinad olunanlara münasibətdə məhkəmə qeyd edir ki, şikayət verən Şəxs 18 mart 2025-ci il tarixdə içkili olmadığını, izahatı təsir altında yazdığını bildirsə də, inzibati xəta baş verən tarixdə o, alkotesterin nəticəsindən narazı qaldığı təqdirdə aktı imzalamaqdan imtina edə və müayinədən keçməyi tələb edə bilərdi. Bunun əksinə o, özü öz yazısı ilə izahat vermiş və alkotesterin nəticələrinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şikayət verən Şəxs 18 mart 2025-ci il tarixli saat 13:20-də aparılan müayinənin rəyini təqdim etsə də məhkəmə qeyd edir ki, vaxt baxımından müayinə inzibati xətanın aşkar edildiyi vaxtdan 4 saat sonra aparılmışdır. Bu vaxt ərzində qəbul edilmiş spirtli içkinin izlərinə rast gəlinməyə də bilərdi. Belə ki, ilkin müayinə zamanı aşkar edilmiş sərxoşluq dərəcəsi 0.440 promilli həddində olmuşdur. Odur ki, məhkəmə təqdim edilən dəlillərə Şəxs özünü müdafiə etməsi kimi qiymət verərək əsaslı hesab etmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar