Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2730/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinın hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil iştirakı ilə Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MTK-nın barəsində tərtib olunmuş MN ******* nömrəli 21 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, MTK-nın Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən yaşayış binalarının ətrafı antisanitar vəziyyətdədir, binada formalaşan bərk məişət tullantıları qalaqlanması faktı aşkar olunmuşdur. Buna görə də Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi bildirişi almasına baxmayaraq məhkəmə iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, hüquqi şəxs Şəxs MTK barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Protokolla müəyyən edilmişdir ki, MTK-nın Xətai rayonu, Babək prospekti 10 ünvanda yerləşən yaşayış binalarının ətrafı antisanitar vəziyyətdədir, binada formalaşan bərk məişət tullantıları qalaqlanması faktı aşkar olunmuşdur. Halbuki göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, tərəflərindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Protokol tərtib olunarkən, “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs” hissəsində "xxxx" MTK adı qeyd olunsa da, “müəyyən etdi” hissəsində Şəxs MTK qeyd edilmişdir. "xxxx" MTK adlı MTK ümumiyyətlə mövcud deyildir. Göründüyü kimi, protokolu tərtib edən orqan ümumiyyətlə hansı hüquqi şəxsin barəsində protokol tərtib etdiyini belə müəyyənləşdirə bilməmişdir. Bundan əlavə bildirmişdir ki, MTK fəaliyyətini artıq 2 ildən çoxdur ki, dayandırmışdır. Ümumiyyətlə həmin MTK tərəfindən Babək prospekti 10 ünvanda heç bir yaşayış və ya qeyri-yaşayış binaları tikilməmişdir. Sözügedən tullantı ərazisinin MTK-ya heç bir aidiyyatı yoxdur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin ərazidə Babək Plaza, Araz supermarket və digər qeyri-yaşayış obyektləri yerləşir ki, tullantılar da həmin obyektlər tərəfindən atılır, həmin ərazidə olan "xxxx" "xxxx" MTK tərəfindən tikilmiş, həmin Plazada yerləşən Şəxs Kafe ilə BŞİH MKTD-nin "xxxx" MMC arasında 01 aprel 2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə məxsus ərazidə yerləşən konteynerdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. Həmin müqavilə 01.04.2021 -ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək qüvvədədir. Həmin müqavilə üzrə hər ay ödəniş olunmuş və ödənişə dair mədaxil qəbzləri təqdim edilmişdir. Bununla belə, 11 saylı RETSİ tərəfindən hüquqi şəxs Şəxs MTK barəsində protokol tərtib olunarkən həmin tullantıların məhz Şəxs MTK tərəfindən atılmasına dair heç bir sübutları mövcud deyildir. Məlumat üçün bildirmişdir ki, Şəxs MTK-nın hüquqi ünvanı ünvan 2lazanın Şəxs MTK-ya heç bir aidiyyatı yoxdur. Bakı şəhəri, Babək prospekti 10 ünvanında Şəxs MTK-ya məxsus heç bir yaşayış və qeyri-yaşayış binası yoxdur. Göründüyü kimi, 11 saylı RETSİ tərəfindən hüquqi şəxs Şəxs MTK barəsində AR İXM-nin 271-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsinə dair hər hansı əsas mövcud deyildir. Şəxs MTK barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs” hissəsində "xxxx" MTK qeyd olunsa da, “nəticə” hissəsində Şəxs MTK qeyd edilmişdir. İş materiallarında olan 70561 nömrəli 05 iyun 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Babək prospekti 10 ünvanında yerləşən "xxxx" MTK-da 1 ədəd 17 mərtəbəli yaşayış binası var, tullantıların toplanması üçün konteynerləri yoxdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən ərazidə tullantıların toplanması üçün konteynerlər mövcuddur və konteynerlərin hamısı boşdur. İş materiallarına əlavə edilmiş 01 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC ilə sifarişçi Kafe Şəxs arasında müqavilə başlanmış, müqaviləyə əsasən icraçı Babək prospekti 10 ünavnında yerləşən zibil konteynerlərinə toplanmış məişət tullantılarının daşınması öhdəliyi götürmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinin surətindən görünür ki, "xxxx" MTK tərəfindən 26 yanvar 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək hər ay məişət tullantılarının daşınması üçün 550 manat ödənilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib olunarkən “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs” hissədə "xxxx" MTK-nın adı qeyd olunmuş, “nəticə” hissəsində isə Şəxs MTK qeyd edilmişdir. Bundan başqa tullantıların idarə olunması ilə bağlı tərtib olunmuş aktda da Babək prospekti 10 ünvanında yerləşən 17 mərtəbəli binanın "xxxx"-a məxsus olması qeyd edilmişdir. Göründüyü kimi inzibati xətanın hansı hüquqi şəxs barəsində tərtib olunması düzgün müəyyən edilməmişdir. Məişət tullantılarının Şəxs MTK-a tərəfindən atılmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir. O cümlədən akt tərtib olunarkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Şəxs MTK-nın hüquqi ünvanı ünvan 3 Şəxs MTK ilə heç bir əlaqəsi yoxdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Babək prospekti 10 ünvanında yerləşən "xxxx" adı üzərində olan bina "xxxx" MTK-a məxsusdur və "xxxx"xxxx"xxxx" MMC arasında bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Fotoşəkillərdən də görünür ki, həmin ərazidə zibil toplanması üçün konteynerlər yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir Azərbaycan Respublikası İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nın 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi ümumiyyətlə tullantıların kim tərəfindən qalaqlanması sübuta yetirilməmişdir, buna dair iş üzrə heç bir sübut toplanılmamışdır ,Rusel Plazanın hansı hüquqi şəxsə məxsus olması araşdırılmamış,hüquqi şəxsin izaatı alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MTK-nın əməlində inzibati xəta tərkibi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2730/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2730/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver