Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2738/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X3 iştirakı ilə X3 Binəqədi RPİ 6-cı Polis Bölməsinin 27.09.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi RPİ 6-cı Polis Bölməsinin 27.09.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. X4 məhkəməyə ərizə təqdim edərək şikayətini inzibati xətanın baş verdiyi Binəqədi rayonu üzrə verəcəyini nəzərə alaraq şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Binəqədi RPİ 6-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, X3 Binəqədi RPİ 6-cı Polis Bölməsinin 27.09.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarından verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Məhkəmə belə hesab edir ki, X4 şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə təqdim etdiyindən Binəqədi RPİ 6-cı Polis Bölməsinin 27.09.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 Binəqədi RPİ 6-cı Polis Bölməsinin 27.09.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2738/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2738/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver