Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2744/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin X6 haqqında xx.xx.2025-ci il tarixli EQ 26941813 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin X6 haqqında xx.xx.2025-ci il tarixli EQ 26941813 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində mülkiyyətində olan **-LC-*** dövlət qeydiyyat nişanlı, “NİSSAN OATROL” minik markalı avtomobil ilə Bakı-İsmayıllı istiqamətində hərəkətdə olan zaman, Bakı- Şamaxı-Yevlax yolunun 123-cü km-liyindən keçən zaman ötmə əməliyyatı etmişdir. Bildirir ki, həmin vaxtı Bakı-Şamaxı-Yevlax yolunun 123-cü km-liyində yolda 1.1 nişanlanma xətti yox idi, əgər varidisədə o, həmin xətti görməmişdir. Bildirir ki, həmin günü barəsində xx.xx.2025-ci il tarixli EQ 26941813 saylı elektron protokolun tərtib olunması barədə sms bildiriş gəlmişdir. Daha sonra yeni sms bildirişlə həmin xx.xx.2025-ci il tarixli EQ 26941813 sayı elektron protokolun icra qərarının qüvvəyə minməsi barədə bildirriş gəlmişdir. Bildirir ki, elektron protokolun tərtib olunması zamanı kamerada göstərilmiş fotoşəkildən də açıq aydın görünür ki, həmin yolda 1.1 xətti qörsənmir. Hesab edir ki, yuxarı rakursdan çəkilən fotoşəkildə həmin 1.1 xətti gözlə rahat görsənmədiyi halda avtomobil idarə edərkən həmin yol nişanlanma xəttinin gözlə rahat görünməsi qeyri-mümkündür. Yolun nişanlanması nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu nişanlanmalar yol hərəkət qaydalarını müəyyənləşdirir, yolun istiqamətini və ya yol qurğularının ölçülərini bildirir. Yolun nişanlanmasına yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar aiddir. Göründüyü kimi həmin istiqamətdə ötmə qadağandır nişanı quraşdırılmamış, yerə çəkilməli olan 1.1 xətti isə standartlara cavab verməyərək sürücü tərəfindən gözİə rahat görsənmir. Bundan əlavə olaraq, həmin qanunun 29-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Konvensiyanın 26 - 28ci maddələrində qeyd olunmuş nişanlanma yolun hərəkət hissəsinə boya və ya boya kimi effektli olan istənilən digər üsulla da çəkilə bilər. Həm çəkilmiş fotoşəkildən, həm də özünün geri qayıdarkən qeydə aldığı videoyazıdan da görünür ki, həmin istiqamətdə çəkilən 1.1 xətti demək olar ki, mövcud deyil, əgər varsada “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Kespublikasinin Qanununun 29-cu maddəsinin 4-cü bəndinə riayət edilməmiş və nəticədə ona əsassız olaraq xx.xx.2025-ci il tarixli EQ 26941813 saylı elektron protokol tortib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, DİN BDYPİ-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26941813 saylı elektron protokola əsasən tərtib edilmiş X6 Haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin elektron sisteminə ərizə yükləyərək göstərmişdir ki, DİN BDYPİ-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26941813 saylı elektron protokola əsasən tərtib edilmiş inzıbatı tənbeh vermə haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bildirir ki, ərizəsində qərarın nömrəsini yazmamışdır. Həmin iş üzrə elektron qərar ona göndərilməmişdir. Həmin elektron qərarı o, özü BŞYPİ-nə yaxınlaşaraq əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq, DİN BDYPİ-i X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 26941813 saylı elektron protokola əsasən tərtib edilmiş EQ 26941813 saylı elektron X6 Haqqında Qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, barəsində tərtib edilmiş X6 haqqında xx.xx.2025-ci il tarixli EQ 26941813 saylı qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin X6 haqqında xx.xx.2025-ci il tarixli EQ 26941813 nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin X2 vasitəsilə qəbul edilmiş X6 haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən X3 xx.xx.2025-ci il tarixdə, saat 16:50-də “Nissan Patrol minik” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X4 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2025-ci il tarixli X6 haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X3 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26941813 nömrəli X6 haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin X6 haqqında xx.xx.2025-ci il tarixli EQ 26941813 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2744/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2744/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver