Məhkəmə qərarları › İş №3(011)-2746/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2746/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2746/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X1, Barəsində inzibati xəta tərtib edilmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsindən daxil olmuş 24 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, İD********** nömrəli müraciət əsasında idxal edilmiş Meşə materiallarına dair sınaq protokolu regional bölməyə təqdim edilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil izahatında protokolda göstərilən xüsusatları təsdiq etdiyini, həmçinin 24 iyul 2023-cü il tarixdə laboratoriya və ekspertiza xidmətinə dair ödənişlərin edilməsini nəzərə alaraq protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, "xxxx" MMC barəsində tərtib olunmuş protokola xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli 3-44-1/2-2-7270/23 nömrəli bildirişin surətindən görünür ki, "xxxx" MMC-nin idxal etdiyi malların idxalına icazə verilməsi ilə bağlı İD********** nömrəli müraciətlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsində baxılmışdır. Bununla bağlı sözügedən mallar (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların (malların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan (sınaq) nəticələrinə dair protokolun) əldə edilməsi üçün xx.xx.2023-cü il tarixli 3-44-1/2-2-6879/23 nömrəli məktub ünvanlanmışdır. Sözü gedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə xx.xx.2023-cü il tarixinədək məlumat verilməsi qeyd olunsa da, lakin hal-hazırki dövrə qədər "xxxx" MMC tərəfindən qeyd olunan məlumatlar təqdim edilməmişdir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində ümumilikdə 28 manat məbləğində vəsait Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna ödəniş edilməklə köçürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiaallarına əlavə edilmiş mədaxil qəbzi ilə sübuta yetirildi ki, "xxxx" MMC 28 manat məbləğində Laboratoriya və ekspertiza xidməti üçün olan vəsaiti mədaxil qəbzinə əsasən 24 iyul 2023-cü il tarixində "xxxx" ASC vasitəsi ilə ödəmişdir. Buna görə də hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən "xxxx" MMC barəsində İXM-in 544.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar