Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2756/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 18 iyul 2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs 4034229.04 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti köçürmə ərizəsinə əsasən bankda olan hesabından 02 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 4034229.04 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 02 iyul 2023-cü il tarixində "xxxx" ASC vasitəsilə 4034229.04 Rusiya rublu məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş **********1995 saylı bəyannamədən görünür ki, Şəxs MMC tərəfindən 4034229.04 Rusiya rublu məbləğində pul vəsaiti hesabına alınmış mallar ölkəyə idxal olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC 4034229.04 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC vasitəsilə 02 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və alınan mallar 02 il tamam olmadan ölkəyə idxal olunmuşdur. Buna görə də hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov Proses iştirakçıları hüquq və vəzifələrinin onlara aydın olmasını bildirirlər. Sədrlik edən məhkəmə tərkibini və məhkəmə iclasının katibini elan edir. Sədrlik edən: Sadıxov Rəfail Adil oğlu Məhkəmə iclas katibi: Əliyeva Nailə Namiq qızı Sədrlik edən inzibati xəta haqqında iş üzrə iştirak edən şəxslərə AR İXM-nin 107-ci maddəsində nəzərdə tutulmuş əsaslar əsasında hakimə etirazın olub-olmamasını aydınlaşdırır. Etiraz daxil olmadı. Sədrlik edən iş üzrə iştirak edən şəxslərin vəsatətinin olub-olmamasını müəyyənləşdirir. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir və işə mahiyyəti üzrə baxılmasının başlandığını elan edir, iş üzrə iştirak edən şəxslərin izahatını dinləyir. "xxxx" MMC-nin nümayəndəsi-vəkili X3: -Hörmətli məhkəmə, hüquqi şəxs "xxxx" MMC tərəfindən 02 aprel 2023-cü il tarixində köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 494274.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin sonradan qeyd edilmiş 494274.00 ABŞ dolları geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən "xxxx" MMC barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş edirəm. Suallar olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu, bəyannaməni və ona əlavə edilmiş sənədləri araşdırır. Məhkəmə müşavirə otağına gedir, qayıdıb gəldikdən sonra sədrlik edən inzibati xəta haqqında iş üzrə qərarı oxuyub elan edir, qərardan şikayət verilməsi müddəti və qaydasını elan edib izah edir. Məhkəmə iclası saat 15:10-da bağlı elan olundu. Protokol 14 iyun 2023-cü il tarixində tərtib olunmuşdur. Sədrlik edən Rəfail Sadıxov Məhkəmə iclas katibi Nailə Əliyeva
Məhkəmə qərarları › İş №3(011)-2756/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2756/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver