Məhkəmə qərarları › İş №3(011)-2759/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2759/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2759/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 09 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə olan tələbi icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmişdir. Lakin, borclu şirkət tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. Odur ki, borclu Şəxs MMC-nin barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, hüquqi şəxs Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, Xətai rayon İcra Şöbəsi tərəfindən tərtib edilən protokol tamamilə əsassız və qanunsuzdur və Şəxs MMC-nin təqsirini ümumiyyətlə sübut etmir. Ən əsası bu məsələ hələ də araşdırma mərhələsindədir. Belə ki, iş üzrə təqdim etdiyi qərardaddan görünür ki, Xətai Rayon Məhkəməsinin qərardadı ilə xx.xx.2025-ci il tarixli qərardaddan şikayət vermək müddəti bərpa edilmiş və Şəxs MMC-nin həmin mükafat məbləğini verməli olması hələ də sual altındadır və araşdırma prosesindədir. İş üzrə məhkəməyə bir neçə qərardad təqdim etmiş və həmin qərardaddan məhkəmə də işin hansı mərhələdə olmasını görə bilər. Odur ki, hüquqi şəxsin təqsiri aşkar olmadığına görə, hələ məhkəmə araşdırması getdiyinə görə və yekun qərar qəbul edilmədiyinə görə, icra məmuru tərəfindən tərtib edilən protokol tam əsassızdır və təmin edilməməlidir. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından verilən şikayətə mahiyyəti üzrə baxılmasına qədər inzibati xəta tərkibindən söhbət getməməlidir. Beləliklə o, sadalanan hallara əsasən və İXM 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ünvanladığı ərizəsində qeyd etmişdir ki, Qəbələ rayonunda işlədiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcək. Borclu icra sənədini icra etməkdən boyun qaçırmaqla ona ödənilməli olan vəsaiti uzun müddətdir ki, ödəməkdən yayınır. Bu səbəbdən icra məmuru tərəfindən tərtib edilmiş protokol əsaslı olduğundan borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs Bəhrəm oğlunun işdən azad olunmağı barədə Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs Şəxs MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqınnın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat məbləğində dövlət rüsumunun Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında icraata başlanılmış, icraata başlamaq haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs MMC-yə göndərilmiş və hüquqi şəxs tərəfindən xx.xx.2024cü il tarixdə bildirişə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olması kimi başa düşülməsinə dair izah verilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət borclu tərəfindən ötürüldüyündən, borclu Şəxs MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət geri qaytarılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs MMC-nin buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, borclu Şəxs MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayəti təmin edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, tələbkar Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın hüquqi Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs Bəhrəm oğlunun işdən azad olunmağı barədə Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs Şəxs MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqınnın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat məbləğində dövlət rüsumunun Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Daha sonra icra məmuru Türkay Yusifli qətnamənin icra olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı icra vərəqəsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olub-olmaması barədə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olması kimi başa düşülməsinə dair izah verilmişdir. Lakin borclu Şəxs MMC həmin qərardaddan şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən borclu Şəxs MMC-nin buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsi qərara alınmışdır. Bundan sonra, tələbkar Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və hal-hazırda iş həmin məhkəmənin icraatındadır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, sözügedən icra sənədinin əsası olan qətnamənin izah edilməsi ilə bağlı iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla mübahisələndirildiyindən və işə mahiyyəti üzrə baxılıb qiymət verilmədiyindən, bununla da hazırkı halda borclu Şəxs MMC tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar