Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2764/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən K.X1 iştirakı ilə, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin EPQ ******* nömrəli, 08 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən K.X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən K.X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.05.2021-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən 08.05.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər baradə müvafiq tədbirlər görəyini xahiş etmişdir. K.X2 şikayətini onunla əsaslandırmışdır ki, ona 08 may 2021-ci il tarixdə EXP seriyalı ******* nömrəli elektron protokolla 100 manat məbləğində cərimə olunmuşdur. Onun barəsində tərtib edilmiş 08.05.2021-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və 08.05.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edir. Xətai rayonu, N.Rəfiyev küçəsində piyada hərəkət edərkən, həmin küçənin Xocalı prospekti ilə kəsişməsində mülki avtomobildə olan 3 nəfər polis zabiti ona yaxınlaşaraq maskadan niyə istifadə etmədiyini soruşlar. Onlara bildirmiş ki, hal-hazırda küçədə tək hərəkət edir və ətrafında heç bir insan yoxdur. Ona məsafə olaraq yaxın olan insanlarla ən azı 20-30 metr məsafəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2021-ci il tarixli 189 nömrəli “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarı və 19 noyabr 2021-ci i tarixli 451 nömrəli "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında qərarda qeyd olunan hallara görə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə olunmalı olduğunu polis əməkdaşlarına bildirmişdir. Həmçinin, Nazirlər Kabinentinin müvafiq qərarlarında qeyd olunan normalara hansı qaydada da riayət etmədiyini onaə sübut etməsini istəmişdir. Heç bir sübut göstərmədən barəsində protokol tərtib edilərək cərimə olunmuşdu. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2021ci il tarixli 189 nömrəli qərarında (qoşmaya əlavə olunur) qeyd olunmuşdur ki; Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. şəhərlərarası (rayonlara ra sı) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəti ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatlann (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; İnsanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Azerbaycan Respublikası Nazirlər Kabinentinin 19 noyabr 2021-ci il tarixli 451 nömrəli qərarında (qoşmaya əlavə olunur) gösterilmişdir ki; Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yeni növ korənavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fordi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azerbaycan Respublikasının İnzibati X3 müəyyən edilmiş məsuliyyətə səbəb olur. 'Xüsusi karantin rejimində tənəffüs yollarım qoruyan fərdi vasitə lerdən istifadə tələbləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mav tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır. Yuxarıda göstərilən qərarlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə olunmalı hallar və məkanlar aydın şəkildə göstərilmişdir. Polis əməkdaşı inzibati xəta haqqında protokolu qərəzli olaraq tərtib etmiş, eyni zamanda, həmin polis nəfəri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş protokolun tərtib edilmə prosedurunu (yerini, vaxtını, şəraitini və gedişatını və s.) qanunazidd olaraq həyata keçirmişdir. Barəsində tərtb edilmiş 08.05.2021-ci il tarixli, EXP seriyalı ******* nömrəli protokol, həmçinin onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar maddi hüquq normalarının pozulması və protokolun işin hallarına uyğun tərtib edilməməsi kimi qiymətləndirilməli və əməlimdə inzibati xəta tərkibinin mövcud olmaması əsası ilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, barəsində inzibati xəta haqqında protokol prosessual cəhətdən (hüquq normaları) pozulmaqla tərtib edilmişdir. Belə ki, polis protokol tərtib edərkən onun etiraz etməsinə baxmayaraq, əhəmiyyət verməmiş və ona protokolun surətini təqdim etmədən cərimə etdiyini bildirmişdir. Mübahisə predmeti olan protokolda və qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-cİ maddəsində nəzərdə tutulan hüquqları təmin edilməmişdir. Ona hüquqları izah edilməmiş, barəsində icraat aparılarkən o, dəvət olunmamış, etirazı, vəsatəti, har hansı sübutların olub-olmaması araşdırılmadan qərar qebul edilmişdir. Qeyd edilənlərə əsasən 08.05.2021-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən 08.05.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər baradə müvafiq tədbirlər görəyini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən K.X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İnzibati tənbeh vermə haqqında EPQ ******* nömrəli, 08 may 2021-ci il tarixli qərardan göründüyü kimi K.X2 08 may 2021-ci il tarixdə karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2021-ci il tarixli Xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 01 aprel 2021-ci il tarixindən 01 iyun 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 hallarda sosial metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: Həmin qərarın 1.2-ci bəndinə əsasən bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); Həmin qərarın 3-cü bəndinə əsasən Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs K.X2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, K.X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: K.X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin EPQ ******* nömrəli, 08 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-2764/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2764/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver