Məhkəmə qərarları › İş №3(011)-2765/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2765/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2765/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi ilə X2 10 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 31 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 16 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 20 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan və 20 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 10 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 31 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 16 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 20 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini və 20 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə hesab edir ki, X4 ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarların ləğvinə dair bir ərizə ilə müraciət etdiyindən və bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə bir ərizə ilə baxılması mümkün olmadığından verdiyi şikayət ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Məhkəmə belə hesab edir ki, 10 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 31 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 16 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 20 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan və 20 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 10 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 31 yanvar 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 16 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 13 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli, 20 fevral 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan və 20 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X3 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunur. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar