Məhkəmə qərarları › İş №3(011)-2766/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2766/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2766/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Tərtər rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, Sarıcalı ərazi dairəsi, Sarıcalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:30-da Şəxs idarə etdiyi “Toyota Prius” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Neftçilər prospekti ilə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən sağdan 1-ci hərəkət zolağında saatda 40 km sürətlə hərəkətdə olan zaman naviqator qəflətən sola dönməsini göstərdiyi üçün sağ hərəkət zolağından sol hərəkət zolağına keçmiş və bu zaman həmin hərəkət zolağında hərəkətdə olan Hyundai Accent markalı avtomobillə toqquşduqdan sonra idarəetməni itirib sol hərəkət zolağına doğru istiqamətləndiyindən həmin zolaqda hərəkətdə olan Nissan markalı avtomobillə toqquşmuşdur və hadisə nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan” markalı, **- KV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan xalası Nailə Ələkbərova, anası Alidə Ələkbərova, qardaşı Elnur Məmmədov və özü xəsarət almışlar. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək törətdiyi əməldən peşman olduğunu, odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Nurlan Ağazadə tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin müvafiq quruma göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X8 xx.xx.2025-ci il tarixli 155 saylı rəyindən görünür ki, müayinəsi aparılan X2 diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, hematoması, hərəkət məhdudluğu müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X8 xx.xx.2025-ci il tarixli 156 saylı rəyindən görünür ki, müayinəsi aparılan X1 gözaltı nahiyənin dərialtı hematoması, sağ siz oynağının və baldırın yumşaq tozumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X8 xx.xx.2025-ci il tarixli 157 saylı rəyindən görünür ki, müayinəsi aparılan Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin dərialtı hematoması, sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X8 xx.xx.2025-ci il tarixli 158 saylı rəyindən görünür ki, müayinəsi aparılan X3 diz oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hematoması, hərəkət məhdudluğu və sağ baldırın sıyrığı müəyyən edildi. Sol diz oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi, hematoması, hərəkət məhdudluğu müəyyən edildi. Xəsarət bərk-küt əşy(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılıq göstərməsini onun məsuliyyətini yüngülləşdirən hal olaraq qiymətləndirir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar