Məhkəmə qərarları › İş №3(011)-2767/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2767/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2767/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarı və digər sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 16 iyun 2021-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 17.07.2021-ci tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 16 iyun 2021-ci il tarixli qərarda göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat materialları nəzarət qaydasında öyrənilərkən müəyyən edilmişdir ki, X1 24.02.2021-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda yerləşən evinin qarşısında saxladığı özünə məxsus “VAZ 2107” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşdıqda avtomobilinin qapısının açıldığını, avtomobilindən 1 ədəd 80 manat dəyərində akkumulyatorun və 2 ədəd 50 manat dəyərində səs gücləndirici avadanlığın naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Kamran Əhmədov tərəfindən araşdırma aparılmış, 05.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və hadisəni törədən naməlum şəxsin gələcəkdə şəxsiyyəti və yeri müəyyən olunarsa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 06.03.2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-in polis sahə inspektoru, polis baş leytenantı Emin Hüseynova həvalə edilmişdir. 06.03.2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-in polis sahə inspektoru, polis baş leytenantı Emin Hüseynov tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Xətai RPİ-nin 37ci PŞ-in polis sahə inspektoru, polis baş leytenantı Emin Hüseynov tərəfindən aparılan araşdırma zamanı Bakı şəhərinin bütün RPİ-in PB-nin rəislərinə baş vermiş hadisə ilə əlaqədar şəxsi heyətin təlimatlandırılmasına dair məktub ünvanlanmış, hadisəni törətmiş naməlum şəxsin yerinin müəyyən edilməsinə dair raportla müraciət edilmiş, həyata keçirilən tədbirlərə dair plan tərtib edilmiş, görülmüş tədbirlərə baxmayaraq hadisəni törətmiş naməlum şəxsi müəyyən etmək mümkün olmamışdır. Odur ki, Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Şəxs tərəfindən 05.04.2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və 07.04.2021-ci il tarixli məktubla qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Həmin qərar rayon prokurorluğuna 14.04.2021-ci il tarixdə daxil olmaqla öyrənilərkən müəyyən edilmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş sənədlər inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll olunması üçün aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana göndərilir. Azərbaycan Respublikası İXM-nin 596-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatı prokuror başlayır. Azərbaycan Respublikası İXM-nin 596-cı maddəsinin qeydinə əsasən, bu maddədə nəzərdə tutulmuş inzibati xəta icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir. Beləliklə, şəxsin inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətməsi təsdiq olunduğu halda, inzibati tənbeh vermək hüququ olan hakim inzibati tənbeh tətbiq etmədən, əvəzinə inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün icraatında olan materialları müvafiq icra hakimiyyəti orqanına göndərir. Məhkəmə hesab edir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Şəxs intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Şəxs Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 16 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar