Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2773/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1949-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi Zaur Usubov tərəfindən Şəxs barəsində 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, təxmini 3 ildir ki, yaşadığı evin həyətində çoban iti saxlayır. 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdən həyətə çıxan zaman qonşunun əqli zəifliyi olan oğlu Vüsal adlı şəxsin həyətə daxil olaraq itini oynatdığını görmüşdür. O, Vüsal adlı uşağa yaxınlaşıb Vüsalı itin yanından uzaqlaşdırmağa çalışmışdır. Bu zaman itin qapısı açılmışdır. O, qaçıb iti tutumağa çalışmış, uşaq isə həyətdən çölə qaçmışdır. Həmin vaxt it uşağın arxasınca qaçmış, uşağın anası Aliyənin də itin arxasınca qaçdığını görmüşdür. O, da onların arxasıca gedib iti tutmağa çalışmışdır. İt Vüsala çatıb pəncəsi ilə uşağı cırmaqlamışdır. Bu anda uşağın anası yerdən daş götürüb iti vurmuşdur. İt geri qayıdıb uşağın anasının qolundan dişləmişdir. O, tez yaxınlaşıb iti qucaqlayıb tutmuşdur. İtin arxasına keçib boğazından tutub iti saxlamışdır. Ətrafda olan bir nəfər şəxs zincir gətirmiş və o, iti bağlayıb yaşadığı evin həyətinə aparmışdır. Bundan sonra o, həmin şəxslərin tibbi yardım almasında onlara köməklik etmişdir. Belə ki, hadisənin baş verməsində onun heç bir səbəbli əlaqəsi olmamış, belə ki, Zərərçəkmiş şəxs oğlu Vüsal onun həyətinə gələrək itin saxlandığı qəfəsin qapısını açmışdır. Hesab edir ki, onun hərəkətlərində heç bir inzibati xəta pozuntusu olmadığından barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı, İ.Məmmədov küçəsi, 139 saylı fərdi tikili həyət evindən çıxaraq məişət tullantılarını atmışdır. Həmin vaxt onunla birlikdə oğlu birinci qrup əlil X1 çıxmışdır. Bu zaman Şəxs yaşadığı evin həyətində saxladığı çoban iti evin həyətinin açıq qapısından çıxaraq onun üzərinə hücum çəkmişdir. Bu zaman o, sürünərək yaşadığı evin həyətinə daxil olub həyətin qapısını örtmüşdür. Oğlunun həyətdən çöldə qalmasına görə təkrar çölə çıxıb oğlu istiqamətində getmişdir. Çölə çıxan zaman itin oğlunu yerə yıxıb oğlunun bir neçə yerindən dişlədiyini görmüşdür. O, itə yaxınlaşıb yerdən daş götürüb itə doğru atmışdır, it oğlunu buraxmış, həmin vaxt itin sahibi Qurbanəli də orada olmuş, amma itə müdaxilə etməmişdir. Bundan sonra it onun üzərinə hücum çəkərək onu dişləmişdir. O, itin sahibi Qurbanəliyə qışqıraraq, iti tutmasını demişdir. Qurbanəli iti tutmuşdur. O, övladı Vüsalı yerdən qaldırıb yaşadığı evə aparmışdır. Daha sonra təcili tibbi yardım stansiyasına müraciət edib xəstəxanaya getmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin TŞ-nin təhqiqatçısı Tural Abdullayev tərəfindən qəbul edilmiş 21 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin 37-ci PŞ-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Məhkəmə- Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin xx.xx.2023- cü il tarixli, 622 nömrəli rəyi ilə, X2 bədənində müəyyən edilmiş xəsarətlər - baş nahiyəsində çoxsaylı səthi dişlənmiş və cərrahi tikişə ehtiyacı olan dişlənmiş yaralar və cərrahi tikişə ehtiyacı olan sağ qulaq seyvanı nahiyəsində dişlənmiş yara küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni it dişlənməsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Məhkəmə- Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin xx.xx.2023- cü il tarixli, 623 nömrəli rəyi ilə, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol yanaq və sol diz oynağı nahiyələrində dişlənmiş səthi dəri yaraları, sağ bazunun aşağı 1/3-nin ön-iç səthi səviyəsində, sağ dirsək oynağının ön-iç səthini əhatə edən nahiyələrində və sol said nahiyəsində cərrahi tikişlər qoyulmuş dişlənmiş yaralar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni it dişlənməsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və təqsirin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 1000 (bir min) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2773/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2773/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver