Məhkəmə qərarları › İş №3(011)-2777/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2777/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2777/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə 18 aprel 2023-cü il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Azvirt’’ Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixli **********8462 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli **********8999, **********9009, **********9039, **********9048, **********9045 sorğu nömrəli gömrük bəyannamələri ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsə də, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 9 (doqquz) gün sonra 16 mart 2023-cü il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddəti xx/xx/007369 nömrəli xx.xx.2023-cü il tarixli müvəqqəti idxal(ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahat verərək göstərdi ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli **********8462 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli **********8999, **********9009, **********9039, **********9048, **********9045 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin bitmə tarixinə nəzarət edə bilməmişik və bu səbəbdən də sözügedən malların müvəqqəti ixrac müddəti pozulmuşdur. Malların müvəqqəti ixrac müddətinin pozulmasının hüquqpozma olduğunu etiraf edirik və qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşımağa hazırdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayənsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 13 aprel 2023-cü il tarixli, 00100-01010/2023 saylı raportdan görünür ki, “Azvirt’’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********8462, **********8999, **********9009, **********9039, **********9048, **********9045 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin “Azvirt’’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu gömrük bəyannamələrin nəzarət müddətinin uzadılması üçün 16 mart 2023-cü il tarixdə öhdəlik müddəti bitdikdən sonra müraciət edilmişdir. inzibati xəta haqqında 18 aprel 2023-cü il tarixli, EP saylı ******* nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Azvirt’’ Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixli **********8462 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli **********8999, **********9009, **********9039, **********9048, **********9045 sorğu nömrəli gömrük bəyannamələri ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2023-cü il tarix müəyyən edilsə də, adı qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən malların öhdəlik müddəti bitdikdən 9 (doqquz) gün sonra 16 mart 2023-cü il tarixdə müvəqqəti ixrac gömrük prosedurunda aparılmış malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddəti xx/xx/007369 nömrəli xx.xx.2023-cü il tarixli müvəqqəti idxal(ixrac) müddətinin uzadılmasına dair ərizə əsasında xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, **********8462, **********8999, **********9009, **********9039, **********9048, **********9045 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 16 sentyabr 2023-cü il tarixindək uzadılması xahiş edilmişdir. Şəxs nümayəndəsi X1 izahatından görünür ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər; 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 499.1.1-ci maddəsinə əsasən, on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “Azvirt’’ Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixli **********8462 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli **********8999, **********9009, **********9039, **********9048, **********9045 sorğu nömrəli gömrük bəyannamələri ilə “Müvəqqəti İxrac” gömrük prosedurunda bəyan edilən yüklərin ölkə ərazisinə geri qaytarılma müddətinin son tarixi xx.xx.2023-cü il tarixdə bitmiş, yalnız 9 gün sonra uzadılması üçün müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar