Məhkəmə qərarları › İş №3(011)-2779/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2779/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2779/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə 17 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs tərəfindən müvafiq icazə alınmadan avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 barələrində tərib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəflərindən Xətai rayonu ərazisində görüləcək əsaslı təmir işlərinin aparılması üçün ərazidə qazıntı işlərinin aparılmasına şəraitin yaradılması barədə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq, səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallara cavab olaraq o bildirmişdir ki, DYP-yə göndərilən sorğuya cavab məktubu gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Xətai rayonu ərazisində qazıntı işlərini həyata keçrmişlər. Qazıntı işlərinin keçirilməsi barədə müvafiq dövlət orqanlarına müraciət edərək məlumat vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 17 may 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən avtomobil yollarında aparılan qazıntı işləri nəticəsində yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur; Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxs Şəxsndən barələrində İXM-nin 354.0.2-ci maddəsinə əsasən başlanmış inzibati icraatın aparılmasında iştirak etməsi üçün səlahiyyətli nümayəndəsinin xx.xx.2024-cü il tarixədək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə yaxınlaşması xahiş olunmuşdur; hüquqi şəxs Şəxs tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış 12 mart 2024-cü il tarixli qazıntı işlərinin aparılmasına şərait yaradılması haqqında məktubdan görünür ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP 29) Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris Sazişinin tərəflər görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq qaz təchizatı infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədi ilə Xətai rayonunda yerləşən müəyyən ünvanlarda əsaslı təmir işlərinin aparılması üçün qazıntı işlərinin aparılmasına şərait yaradılması xahiş olunmuşdur; Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış 15 aprel 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, qazılmış ərazilərin tam bərpa olunaraq əvvəlki vəziyyətə qaytarıldığı təqdirdə qazıntı işlərinin aparılmasına etiraz edilməmişdir; hüquqi şəxs Şəxs tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış 12 mart 2024-cü il tarixli qazıntı işlərinin aparılmasına şərait yaradılması haqqında məktubdan görünür ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP 29) Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris Sazişinin tərəflər görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq qaz təchizatı infrastrukturunun dayanıqlığının təmin edilməsi məqsədi ilə Xətai rayonunda yerləşən müəyyən ünvanlarda əsaslı təmir işlərinin aparılması üçün qazıntı işlərinin aparılmasına şərait yaradılması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 354.0.2-ci maddəsinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs İB müvafiq icazə alınmadan avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Bununla da, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən qazıntı işləri aparılan ərazidə müvafiq yol nişanları quraşdırılmamış, piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs İB-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İB Azərbaycan Respublikası İXM-in 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar