Məhkəmə qərarları › İş №3(011)-2781/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2781/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2781/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, X1 Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin baş məsləhətçisi X7 iştirakı ilə, X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388796, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388796, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən Xəstəxanamızda xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, Q-23/130 saylı Qərara əsasən (Qərar biza xx.xx.2023-cü il yoxlama günü təqdim edilib) nüvə və radioaktiv materialların, ionlaşdırıcı şüalanma mənbələrinin təhlükəsizliyini və fiziki mühafizəsi tələblərinə riayət edilməsini yoxlamaq məqsədi ilə Agentliyin əməkdaşı böyük məsləhətçi Azər Xəlilzadəyə tərəfimizdən lazımi bütün şərait yaradılıb, planlı yoxlama həyata keçirilib. Nəticədə Yoxlama suallarının siyahısında olan 16 (on altı) sualdan 2 (iki) sual yerinə yetirilmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi əsas gətirilərək xx.xx.2023-cü il tarixli, P-23/130 saylı Yoxlama AKTİ və xx.xx.2023-cü il tarixli MN seriyalı, ******* saylı İnzibati xəta haqqında PROTOKOL tərtib edilmişdir. Qərardan yuxarı orqana tərəfimizdən şikayət olunsa da, yuxarı orqan tərəfindən şikayətimiz təmin olunmamışdır.Hesab edirik ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir.xx.xx.2010-cu il tarixli 246 nömrəli və xx.xx.2011-ci il tarixli 383 nömrəli fərmanlarına əsasən yaradılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (yoxlama.gov.az) KY231911954 nömrəli yoxlama barədə şikayətimizi qeyd etmişik. Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X3 üzrə Dövlət Agentliyinin rəisi cənab Nicat Əliyev tərəfindən xx.xx.2023-cü il tarixli 3-18-25/2-1965/2023 saylı BİLDİRİŞ Xəstəxanamıza təqdim edilmişdir, xx.xx.2023-cü il tarixdə saat 11:00-da Agentliyə dəvət edilmişik. xx.xx.2023-cü il tarixdə, saat 10:45-də Agentlikdə olmuşuq, saat 11:30-dan 13:00-dək görüşdə də etirazımızı bildirdik, lakin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı İnzibati xəta haqqında QƏRAR tərtib edildi. Qərara tərəfimizdən etiraz verilmişdir.Belə ki, bu sənədləşmə işləri 2020-ci ildə tərəfimizdən bütün prosedurlar icra edildikdən sonra yekun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinə fonlaşdırıcı Şüa Mənbələri hesab edilən qurğuların istismarına "XÜSUSİ İCAZƏ"- nin alınması üçün xx.xx.2020-ci il tarixli 589 nömrəli ƏRİZƏ ilə və xx.xx.2020-ci il tarixli məktubla müraciət etmişik, lakin bu günədək sənədlərimizi və müraciətimizi cavablandıran olmayıb. Həmin vaxtı XÜSUSİ İCAZƏ sənədi bizə təhvil verilsəydi, İcazədə 3 (üç) illik olduğuna görə hal hazırda 2023-cü ilin Oktyabr ayında müddəti bitəcəkdi. Sonuncu dəfə 2022-ci ildə biz Xüsusi İcazə ilə bağlı Agentliyə müraciət etmişik bizə verilən cavab: "sistemimiz dəyişib, rəhbərliyimiz dəyişib, yoxdu sənədləriniz bizdə, yenidən sənədlərinizi təqdim edin". Həmin dövrdə Agentlik tərəfindən və digər qurumlar tərəfindən təsdiq edilmiş bütün sənədlər bizdə hal- hazırda mövcuddur. Qoşma vərəqlərdə bütün sənədləri Sizə təqdim edirik.2020-ci ilin Oktyabr ayında "Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə X6", "Tibbi rentgen avadanlığının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair Təlimat", "Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları" və "Qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramı" Agentlik tərəfindən təsdiq edilib bizə təhvil verilib, 2023-cü ildə bu sənədlərdə heç bir dəyişiklik olmamasına baxmayaraq təkrar olaraq dəyişditdirildi. Bu sənədlərə görə xx.xx.2023- cü il tarixdə 52 saylı, xx.xx.2023-cü il tarixdə 70 saylı, xx.xx.2023-cü il tarixdə 84 saylı, xx.xx.2023-cü il tarixli 85 saylı, xx.xx.2023-cü il tarixli 156 saylı, xx.xx.2023- cü il tarixli 157 saylı məktublarla və qoşma sənədlərlə tərəfimizdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinə müraciətlər edilib, cavab olaraq Agentlik tərəfindən müəssisəmizə xx.xx.2023-cü il, xx.xx.2023-cü il va xx.xx.2023-cü il tarixlərdə uyğunsuzluqlar olduğu deyilərək geri qaytarılıb. xx.xx.2023-cü il tarixdə Agentliyə "lonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik PASPORTU"na rǝy verilməsi üçün təqdim etmişik, xx.xx.2023- cü il tarixdə Agentlik tərəfindən təsdiqli sənəd bizə təqdim edilib. xx.xx.2023-cü il tarixdə Agentliyə "lonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına xüsusi İcazənin alınması üçün ƏRİZƏ də təqdim etdik, qəbul edilmədi ki, "lonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji- gigiyenik PASPORTU" verilməlidi, daha sonra təkrar müraciət etməliyik.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyində müəssisəmizə qarşı tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı İnzibati xəta haqqında qərar ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs Qarayev Vüsal şikayətin dəlillərinə uyğun izahat vermiş və lavə olaraq bildirmişdir ki, o ondab tələb olunan bütün sənədləri təqdim etm. Və zəruri yoxlamalardan dəfələrlə keşmişdir. Müraciətlərinə heç bir cavab verilmədiyindən X9 bu barədə şikayət ərizə ilə vermiş və yalnız bundan sonra onun müracıəti ilə maraqlaılmışdır. təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümyəndəsi izahat verərərək bildirmişdir ki, Agentlik tərəfindən xüsusi icazə 03 il müddətinə verilir. 2017-ci il tarixdən 2020-ci il tarixə qədər heç bir müraciət olunmayıb və xüsusi icazə verilməyib. Hal-hazır ki, iş üzrə edilən müraciətlər sənədlərdə mövcud olan çatışmazlıqlara görə baş vermişdir.Hazırda zəruri sənədlər tam şəkildə təqdim edildiyindən xüüsusi icazə verilmiş və təstiq mərhələsindədir. Məhkəmə şikayət verən şəxsin və nümayəndənin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 may 2023-cü il tarixli, MN1388796 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə edilmişdir. X5 tərəfindən AR FHN Nüvə və X2 üzrə Dövlət Agentliyinə ünvanlanmış 06 iyul 2023-cü il tarixli ərizədən görünür ki, ionlaşdırıcı şüa mənbələrinin hesab edilən qurğuların istismarına xüsusi icazənin alınması üçün müraciət olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 10 avqust 2023-cü il tarixli, 01037 nömrəli xüsusi icazəsindən görünür ki, "xxxx" MMC-yə ionlaşdırıcı şüa məbələri hesab edilən qurğuların istismarını icazə verilmişdir, lakin mö=hürıə təstiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 dəfələrlə xüsusi icazənin alınması üçün müraciət etmiş, lakin ona xüsusi icazə verilməmiş, bu səbəbdən barəsində inzibati qərar qəbul edilmişdir. Hazırki mərhələdə xüsusi icazə alınmışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən təmin olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2023-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 268.0.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388796, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN1388796, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar