Məhkəmə qərarları › İş №3(011)-2787/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2787/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2787/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-958/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən 13332 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin "xxxx" MMC-nin direktoru Şəxs üzərinə düşən öhdəlikləri icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Vüqar Hüseynovun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-958/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə "xxxx" MMC-nin direktoru Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Vüqar Hüseynovun inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar