Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-279/2020 24.02.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, Dövlət Reklam Agentliyi ilə arasında müqavilə bağlanmış, tərəfindən hər ay yayım haqqı ödənilmişdir. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək göstərildiyindən anlaşılmazlıq yaranmış, buna görə fevral ayı üçün yayım haqqını bilmədən ödəməmişdir. Dövlət Reklam Agentliyinin əməkdaşları xx.xx.2020-ci il tarixdə ona məxsus obyektdə olarkən bu barədə bildirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə yayım haqqını tam ödəmişdir. Hesab edir ki, yayım haqqını tam ödədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir; xx.xx.2019-cu il tarixli, M********** nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi ilə Şəxs arasında açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı müqavilə bağlanılmış, müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, müqavilədə göstərilmiş şərtlərlə reklam yayımının həyata keçirilməsi nəzərdə tutulmuşdur; xx.xx.2019-cu il tarixli, M********** nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinə əlavədən görünür ki, Şəxs tərəfindən aylıq ödəniləcək yekun yayım haqqı 37,24 manat, müddət üzrə ödəniləcək məbləğ 223,47 manat müəyyən edilmişdir; xx.xx.2019-cu il tarixli, İ**********001 nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair icazədən görünür ki, Şəxs məxsus ünvan 1 ünvanında yerləşən obyektində texniki şərtlər pasportuna uyğun olaraq digər fasad reklamlarının yerləşdirilməsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə icazə verilmişdir; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında həmin tarixdə saat 15:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir; İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda Şəxs tərəfindən obyektin üzərində “Prestij İnşaat”, “1001 xırdavat” və sair müxtəlif reklam yerləşdirilmişdir; ödənişlərdən görünür ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə 25,25 manat rüsum, 34,09 manat ƏDV və 189,37 manat aylıq yayım haqqı ödənilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, 428.7.1. müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi arasında (açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı müqavilə bağlanılmış, müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, həmin müqavilə üzrə Şəxs hüquq və vəzifələr əldə etməklə üzərinə öhdəliklər götürmüşdür. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən müqavilədə göstərilmiş ödənişləri vaxtında və tam şəkildə ödəmək reklam yayıcısının öhdəliyi olmuşdur. İcazə müqaviləsinə əlavədə Şəxs tərəfindən aylıq ödəniləcək yekun yayım haqqı 37,24 manat, müddət üzrə ödəniləcək məbləğ 223,47 manat müəyyən edilmişdir. Lakin, Şəxs tərəfindən müəyyən edilmiş yayım haqqı ödənilməmiş, bununla da, sonuncu tərəfindən müvafiq icazənin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq yayım haqqını ödədiyini bildirsə də, müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş, həmin tarixdək yayım haqqı Şəxs tərəfindən ödənilməmiş, yayım haqqı sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə ödənilmiş,bununla da, Şəxs tərəfindən müvafiq icazənin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilmişdir. İnzibati xəta hadisəsi törədildikdən sonra yayım haqqının ödənilməsi iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi əsası kimi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-279/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-279/2020
24.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver