Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2795/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Cəbrayıl rayonu, Qaracallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Balyand Ə/D, Qaracallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus əmlaka maddi ziyan vurmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 09:00 radələrində idarə etdiyi "Toyota" markalı "Corolla" modelli **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 2 ünvanında yerləşən 3-cü blokun qarajına daxil olub avmobilini parkinq edəndə arxada tanımadığı şəxsə məxsus olan uşaq arabasını vurmuşdur. Daha sonra avtomobildən düşüb uşaq arbasını kənara çəkərək yaşadığı ünvana qalxmışdır. Həmin vaxt uşaq arabasını daha əvvəl də qarajda görmüşdür və güman etmişdir ki, heç kimə məxsus deyil və kimsə tərəfindən atılmışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 5 ay bundan öncə övladları dünyaya gəldiyinə görə markasını dəqiq xatırlamadığı əkiz uşaq arabası almış və həmin vaxtdan sonra uşaqları həmin arabaya mindirərək həyətdə gəzdirmişdir. Uşaq arabası ağır olduğundan binanın qarajında saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı ünvanda düşüb qaraja yaxınlaşdıqda Şəxs tərəfindən qəsdən uşaq arabasının hər iki ayaqlarının təkərlərinin sındırılmasını aşkar etmişdir. Daha sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Ümumilikdə ona 600 manat maddi ziyan dəymişdir. Halhazırda ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs müraciət edərək bildirmişdir ki, təxminən 5 ay bundan öncə övladları dünyaya gəldiyinə görə markasını dəqiq xatırlamadığı əkiz uşaq arabası almış və həmin vaxtdan sonra uşaqları həmin arabaya mindirərək həyətdə gəzdirmişdir. Uşaq arabası ağır olduğundan binanın qarajında saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 19:30 radələrində yaşadığı ünvanda düşüb qaraja yaxınlaşdıqda Şəxs tərəfindən qəsdən uşaq arabasının hər iki ayaqlarının təkərlərinin sındırılmasını aşkar etmişdir. Daha sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Ümumilikdə ona 600 manat maddi ziyan dəymişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasəf Şəhriyarov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi məqsədi ilə qərarın surəti Xətai RPİ-in 34-cü PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Lütvizadə küçəsində yerləşən 2347/48 saylı binanın qarajıdır. Həmin qarajda avtomobil saxlamaq üçün yerlər mövcuddur. Qarajın sol hissəsində olan avtomobil park etmə yerində olan Zərərçəkmiş şəxs məxsus uşaq arabası naməlum şəxs tərəfindən təkərlərinin sındırılmasına məruz qalmışdır. Hadisə yerindən fotoşəkillər çəkilərək protokolda əlavə edilir və eyni zamanda müşahidə kameraları götürülür. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasəf Şəhriyarov tərəfindən Şəxs və Zərərçəkmiş şəxs izahatı alınmış, Zərərçəkmiş şəxs ona 600 manat ziyan dəydiyini bildirmiş, Şəxs Zərərçəkmiş şəxs məxsus uşaq arabasına ziyan vurduğunu bildirmişdir. 04 iyul 2025-ci il tarixli Daşınar Əmlakın Ekspertizası barədə Mütəxəssis rəyindən görünür ki, əkiz uşaqlar üçün nəzərdə tutulmuş arabanın zədələnmədən əvvəlki bazar dəyəri: 140 (bir yüz qırx) manat təşkil edir. Zədələnmə nəticəsində arabanın sahibinə dəyən zərərin miqdarı: (təkər oxunun təmiri) miqdarı: 50 (əlli) manat təşkil edir. Təqdim olunmuş protokollar, fotoşəkillər, tərəflərin izahatları və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutularaq, "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək həddində - 70 (yetmiş) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutularaq, "xxxx" MMC-nin hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2795/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2795/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver