Məhkəmə qərarları › İş №3(011)-28/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-28/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-28/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 iştirakı ilə, Bakı şəhər X11 İdarəsinin İnzibati tənbeh vermə haqqında 21 oktyabr 2023-cü il tarixli, EQ 17583438 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X11 İdarəsinin İnzibati tənbeh vermə haqqında 21 oktyabr 2023-cü il tarixli, EQ 17583438 nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o övladı X3 məxsus **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən radar vasitəsi ilə 332.2-ci maddəsi ilə (sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək) 100 manat cərimə olunmuşdur. Hərçənd ki, bu nəqliyyat vasitəsini o etibarnamə ilə idarə edir və sürücülük vəsiqəsi də var. Təqdim etdiyi görüntüdən də göründüyü kimi nəqliyyat vasitəsini radar sutkanın qaranlıq vaxtı və arxadan çəkib, bu da vəziyyəti araşdırmağa heç yaramır. Ümumiyyətlə 332.2-ci maddəsini radar vasitəsi ilə tətbiq etmək İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə ziddir. Bu nəqliyyat vasitəsini ancaq o idarə edir. Övladı il yarımdır ki, Cənubi Koreyada təhsil alır və Azərbaycanda olmur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X11 İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında elektron kabinetdən olan çıxarışdan görünür ki, 21 oktyabr 2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş EQ 17583438 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 117 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, X5 11 noyabr 2019-cu il tarixdə AC seriyalı 378009 nömrəli, “B” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli etibarnamədən görünür ki, X1 Qudsi Söhrab oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdəqeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı, Azərbaycan Respublikası X11 İdarəsində, AR DİN BDYPİ QİŞ-də, Dövlət Gömrük Komitəsində, sığorta şirkətlərində və istənilən bank və bank filiallarında nümayəndəsi olmağı, hesab üzərində sərəncam verməyi, hesaba pul qoymağı, hesabdan pul almağı o cümlədən ona çatası əmanəti, əmlakı və pul vəsaitlərini, həmçinin sığorta ödənişlərini almağı, digər istənilən bank və sığorta əməliyyatları aparmağı, sənədləşmə işlərini aparmağı, adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almağı, sürücülük hüququ olduqda idarə etməyi, vergi və dövlət rüsumlarını, gömrük rüsumlarını ödəməyi, arayışları almağı, bu işlərlə əlaqədar əvəzindən ərizə verməyi, sənədləşmə işlərini aparmağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan X3 məxsus ümumvətəndaş pasportunun surətindən görünür ki, X6 22 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının sərhədlərini tərk etmiş və hazırkı vaxtadək geri qayıtmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında EQ 17583438 saylı, 21 oktyabr 2023-cü il tarixli qərar ləğv edilməlidir. Təqdim edilən sübutlardan görünür ki, X6 21 oktyabr 2023-cü il tarixdə protokol tərtib edilərkən Azərbaycan Respublikasının ərazisində olmamışdır, o 22 avqust 2023-cü il tarixdən Azərbaycan Respublikasının sərhədlərini tərk etmişdir və hazırkı müddətədək qayıtmamışdır. Bu səbəbdən inzibati xətanın törədilməsində iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 105.1, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 17583438 saylı, 21 oktyabr 2023-cü il tarixli qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar